Yuxarı

Trampın dollar qərarı: FES rəhbəri niyə dəyişdi?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp ölkənin Federal Ehtiyat Sisteminin (FES) başçısı postuna Cerom Pauelin namizədliyini irəli sürüb. Onun namizədliyi Senat tərəfindən təsdiqləndikdən sonar Pauel gələn ilin fevralından vəzifəsinin icrasına başlaya bilər.

Bəs FES-nin başına yeni rəhbərin gətirilməsi hansı yeniliklərə səbəb olacaq?

Keçmiş maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov Axar.az-a bildirib ki, Cerom Pauel Janet Yellenin 2014-cü ildən rəhbərlik etdiyi FES-in idarə heyətinin üzvüdür və o, ABŞ-ın monitar siyasəti ilə bağlı müzakirələrdə dəfələrlə Yellenin mövqeyini müdafiə edib:

“Görünən budur ki, FES-in yeni rəhbəri ABŞ-ın monetary siyasətini eyni şəkildə davam etdirəcək. Seçki qabağı kampaniya zamanı Yellenin fəaliyyətini ciddi tənqid edən Tramp Pauelin namizədliyini irəli sürərkən Yellenin öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəldiyini qeyd edib. Sual olunur ki, əgər Yellen öz vəzifəsinin öhdəsindən yüksək səviyyədə gəlirsə və praktik olaraq Pauel Yelenin yürütdüyü siyasəti davam etdirəcəksə, onda bu dəyişiklik nəyə lazım idi? Anlaşılan odur ki, Yellendən fərqli olaraq, Pauel “sözəbaxan” rəhbər olacaq. Bu isə Trampı qane edən bir məqamdır”.

Tarix
2017.11.05 / 10:22
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla