Yuxarı

Beyinin bu funksiyası təkcə insanlara xas deyil

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları beyinin vücudda kiçik bir hissəni tutmasına baxmayaraq, çox enerji istifadə etməsinə bəzi heyvanlarda da rast gəlindiyini, onun intensiv işləməsinin yalnız insana xas olmadığını müəyyənləşdiriblər.

Azərtac xəbər verir ki, ABŞ-ın Dyuk Universitetinin alimləri 22 heyvan növündə beyinin enerji sərfini araşdırıblar. Enerjinin beyinə damarlar vasitəsilə qlükoza formasında daşındığına diqqət çəkən tədqiqatçılar heyvanların kəllə sümüyünün kəsiyi içindən keçən damarlardakı qlükoza miqdarını ölçüblər.

Tədqiqarçılar ölçmələrdən sonra belə qənaətə gəliblər ki, insan beyni proporsional olaraq gəmiricilər, makaka və babuin kimi qədim meymunlar, o cümlədən böyük meymunlardan olan şimpanze və oranqutandan daha çox enerji sərf edir. Lakin cücə ipək meymunları, qələmquyruqlu tarla siçanı və halqaquyruqlu lemur kimi bəzi növlər proporsional olaraq insanlara yaxın və ya onlardan daha çox beyin enerjisi sərf edir.

İnsan beyini fiziki olaraq vücudun 2 faizi qədər yer tutsa da, əsas metabolizmin ümumi enerjisinin təxminən 27 faizini istifadə edir.

Tarix
2017.11.05 / 15:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla