Ermənistanda növbədənkənar seçkilər olacaq?
00:37
Ana səhifə Planet |
Tacikistanda yeni hökumət yaratma planları həyata keçirən prezident İmaməli Rəhman köklü dəyişikliklər yolunda daha bir addım atıb.
"Axar.az"ın xəbərinə görə, Rəhman 18 ildir müdafiə naziri postunda yer alan Şerali Xeyrullayevdən sonra 14 il baş nazir postunda olan Axıl Akilovu da yeni kabinetə daxil etmədi.
Rəhman tərəfindən bu gün imzalanan qərarda Axıl Akilov baş nazirlik vəzifəsindən azad edildi. Tacikistanın yeni baş naziri Soqd əyalətinin keçmiş qubernatoru Kohir Rasulzoda oldu.
1999-cu ildə baş nazirlik vəzifəsinə gətirilən Axıl Akilov prezident Rəhman ilə birlikdə 14 il vəzifədə oldu.
Tarix
2013.11.23 / 11:45
|
Müəllif
Pərviz Həsənov
|