Yuxarı

İraqda saxlanılan 200 azərbaycanlı qadınla bağlı - Rəsmi məlumat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:03

İraq ordusu 200 azərbaycanlı və 512 rusiyalı qadını İŞİD-lə əlaqələrinin olması şübhəsi ilə yaxalayıb.

Axar.az xəbər verir ki, bu sözləri İraq parlamentinin deputatı Vian Dahil Tvitter hesabında yazıb.

Deputat sözügedən qadınların harada və hansı şəraitdə saxlanılması barədə məlumat verməyib.

***

İraq Müdafiə Nazirliyi deputatın bu yöndə olan iddialarının əsassız olması barədə açıqlama yayıb.

"Saxlanılanlar var. Lakin onlar müxtəlif milliyətlərin nümayəndələridir", - bəyanatda deyilib.

22:23

Azərbaycan XİN xarici KİV-lərdə İraq hərbçilərinin İŞİD-lə əlaqədə şübhəli bilinən 200 azərbaycanlı qadının saxlanılmasına dair yayılan xəbərə münasibət bildirib.

Xəbəri APA-ya şərh edən Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu kimi məlumatların yeni olmadığını və araşdırıldığını bildirib.

“Bu kimi məlumatlar yeni deyil. Faktlar araşdırılır və öyrənilir. Azərbaycan tərəfi İraqdakı səfirliyimiz vasitəsilə məsələ ilə əlaqədar İraqın müvafiq qurumları ilə daimi əsasda təmasdadır”, - deyə Hikmət Hacıyev qeyd edib.

Tarix
2017.11.09 / 22:23
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla