Yuxarı

Gülən İmralıya qaçırılacaqdı – 15 milyonluq əməliyyat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ədliyyə Nazirliyinin xüsusi prokuroru Robert Müller ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin iştirakı ilə Fətullah Gülənin Türkiyəyə göndərilməsi ilə bağlı plan qurulması iddialarını araşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” informasiya yayıb. İddialar ötən il ABŞ-da keçirilən prezident seçkilərinə Rusiya müdaxiləsi ilə bağlı Müllerin apardığı istintaq çərçivəsində ortaya çıxıb. Maykl Flinn Rusiyanın ABŞ-dakı keçmiş səfiri və bir türk iş adamı ilə görüşü barədə məlumatları Ədliyyə Nazirliyinə gec bildirdiyi üçün istintaqa daxil edilib.

Məlumata görə, Maykl Flinn və oğlunun daxil olduğu planda ABŞ-da yaşayan Fətullah Gülənin zorla Türkiyə hökumətinə təhvil verilməsi və bunun qarşılığında 15 milyon dollar alınması nəzərdə tutulub. Araşdırmalar çərçivəsində FTB əməkdaşları artıq Maykl Flinn və türk rəsmilərinin Nyu Yorkda keçirilən görüşü barədə bir neçə nəfəri şahid qismində dindirib.

Danışıqlar zamanı hətta Fətullah Gülənin ABŞ-dan xüsusi təyyarə ilə birbaşa PKK terrorçularının lideri Abdullah Öcalanın saxlanıldığı İmralı həbsxanasına gətirilməsi müzakirə olunub.

Qeyd edək ki, Rusiya ilə əlaqəsi olduğuna görə Tramp tərəfindən Milli Təhlükəsizlik müşaviri vəzifəsindən azad edilən Flinnin Türkiyə üçün lobbiçilik etdiyi iddiası da səslənmişdi.

Tarix
2017.11.11 / 10:54
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla