Yuxarı

Trampla görüşümüzün baş tutmamasının səbəbi... - Putin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) forumunun sammitində ABŞ lideri Donald Trampla baş tutmayan fərdi görüşünün hər iki ölkənin münasibətlərində böhranın davam etdiyindən xəbər verdiyini bildirib.

Axar.az xəbər verir ki, Rusiya lideri, eyni zamanda, sammit meydanlarında Trampla qısa görüşünü uğurlu adlandırıb. “Biz bugünkü iclasın gedişində söhbətləşdik. İstədiyimiz hər bir məsələni ümumi və tam olaraq müzakirə etdik”, - deyə o qeyd edib.

Donald Tramp isə öz növbəsində sammit zamanı Putinlə bir neçə dəfə qısa şəkildə danışdığını deyib. Amerika lideri jurnalistlərə müsahibəsində Putinin onunla hər görüşdə ABŞ-da keçirilən prezident seçkilərinə Rusiyanın müdaxiləsi barədə ittihamları təkzib etdiyini vurğulayıb. Bundan əlavə, Trampın sözlərinə görə, Rusiya Prezidenti daimi ittihamlardan çox məyusdur.

ABŞ Prezidenti Donald Tramp Rusiyanın seçkilərə mümkün müdaxiləsi barədə təhqiqatın ölkələr arasında münasibətlərin sabitləşməsinə maneə yaratdığını bildirib.

Tarix
2017.11.11 / 18:40
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla