Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Yanvar 2018


General Kennedini öldürənlərdən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın eks-prezidenti Con Kennedi bizə qarşı güc tətbiq etməməyin qurbanı oldu.

Axar.az xəbər verir ki, bunu “Odatv”yə müsahibəsində Kuba kəşfiyyatının keçmiş rəhbəri, araşdırmaçı yazar Fabian Eskalante söyləyib.

“Kennedinin hakimiyyətinin ilk dönəmlərində ondan xəbərsiz işlər görülür. Silah, neft, dəmir sənayesi sahibləri və mafiya Kennediyə qarşı hücuma başlayırlar. Onlar həmçinin sovet gəmilərinə də hücumlar edirlər. Kennedi bunların qarşısını almağa çalışdıqca ona qarşı ittifaq daha da artır. Öldürülməzdən 6 ay əvvəl o, Vaşinqton Universitetində “Kubadan sonra heç bir ölkədə sosializmin iqtidara gəlməsinə izn verməyəcəyik”, deyə bir cümlə işlədir. Bu cümləni Kennedinin Kubanı qəbul etməsi kimi şərh edirlər. Kennedinin ölüm fərmanı məhz o zaman imzalanır.

Kennedinin ölümünü Kubanın üstünə yıxmağa çalışırlar. Kennedinin qatili Osvald sui-qəsddən 20 dəqiqə sonra tutulur. O, səhərisi gün Cek Rubi adlı mafiya nümayəndəsi tərəfindən öldürülür. 2 il sonra isə bu adam da ölür. Xərçəngdən öldüyü deyilir, amma əslində ortadan qaldırılır. Özlərinin etdikləri işlər Kubanın üstünə atmağa çalışdılar. MKİ-nin bəslədiyi xüsusi qruplar var. Əslində Kennedini öldürən qrupla, Fidel Kastro və Latın Amerikası müxalif liderlərinə sui-qəsd təşkil edənlər eyni qrupdurlar”, – general bildirib.

Qeyd edək ki, Eskalante Kuba kəşfiyyatının qurucusudur. O, 1976-1988-ci illərdə kəşfiyyata rəhbərlik edib və general rütbəsinə qədər yüksəlib. Eskalante Fidel Kastroya qarşı sui-qəsd cəhdlərinin böyük əksəriyyətinin qarşısını alan adam hesab edilir.

Tarix
2017.11.12 / 12:27
Müəllif
İlkin Həsənov
Şərhlər
loading...
Digər xəbərlər

Ərdoğan özbək həmkarına başsağlığı verdi

ABŞ geri çəkildi: Belə demək istəmirdik...

Lavrovdan xəbərdarlıq: Terrorçular bunu öyrəniblər...

Özbəkistan hökuməti yanan avtobusla bağlı hərəkətə keçdi

Türkiyədə fövqəladə rejim daha 3 ay uzadıldı

Fransada məhbus qiyamı: Polis əməliyyat keçirir

Rusiya açıqladı: Ukrayna hücuma hazırlaşır...

ABŞ-ın köməyinə ehtiyacımız yoxdur - Pakistan

Türkiyənin kəşfiyyat rəhbəri Moskvada: Diqqətçəkən detal...

Rusiya açıqladı: Türkiyənin təsdiqini gözləyirik

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla