Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Aprel 2018


Putin yenidən prezident olmaq qərarı verdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin 2018-ci ilin martında keçiriləcək prezident seçkisində iştirak edəcəyini açıqlaması üçün Kreml bir neçə ssenari hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı RBK televiziyası Kremldəki mənbələrinə istinadən yayıb. Televiziyanın mənbəsi artıq Putinin seçkidə iştirak qərarının qətiləşdiyini bildirib. Putinin seçkidə iştirakla bağlı açıqlamasını Federasiya Şurasının seçkinin dəqiq tarixini elan etməsindən ya əvvəl, ya da sonra edəcəyi vurğulanıb:

“Federasiya Şurası seçkinin dəqiq tarixini 7-17 dekabr arasında elan edəcək. Seçkidə iştirakla bağlı açıqlama isə Vahid Rusiya Partiyasının 22-23 dekabr tarixlərində baş tutacaq qurultaydan öncə ediləcək. Prezidentin açıqlamasını hansı formatda edəcəyi hələlik dəqiq müəyyənləşməyib. Putin bu açıqlamanı hansısa regiona səfəri zamanı edə bilər və ya onun məşhur adamları toplayaraq keçirəcəyi xüsusi mərasimdə də bu açıqlama verilə bilər. Kreml Putinlə bağlı maksimal şəkildə qısa seçki kampaniyası aparmağı planlaşdırır. Belə ki, onun qələbəsi heç kimdə şübhə yaratmır. Məhz buna görə də Kreml prezidentliyə namizədliyin elan edilməsində tələsməməyə çalışır”.

Qeyd edək ki, Putin bundan öncə dəfələrlə jurnalistlərin onun növbəti prezidentliyə namizədliyini verəcəyi ilə bağlı suallarından yayınıb. Artıq seçkidə iştirakla bağlı planlarını bir neçə nəfər açıqlayıb. Bunlar sırasında teleaparıcı Kseniya Sobçak, müxalif blogger Aleksey Navalnı, Kommunist Partiyasının rəhbəri Gennadi Züqanov, Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski, Yabloko Partiyasının təsisçisi Qriqori Yavlinski, Rusiya Kommunistləri Partiyasının rəhbəri Maksim Suraykin, politoloq Andrey Boqdanov, müğənni Yekatirina Qordon və biznesmen Sergey Polonski yer alıb.

Tarix
2017.11.13 / 11:09
Müəllif
İlkin Həsənov
Şərhlər
Загрузка...
Digər xəbərlər

Polis etirazçılara bomba atdı: Paşinyan saxlanıldı - Canlı

Almaniyadan çağırış: Moskvaya qarşı sərt mübarizə...

Skripalla bağlı şok faktlar: “Qordon” ləqəbli casus...

Jurnalisti canlı yayımda güllələdilər

Polisdən Paşinyanla bağlı açıqlama: aradan çıxardıq

Kabildə dəhşətli partlayış: 31 ölü, 50 yaralı

İran nüvə proqramını bərpa edəcək – ABŞ-a qarşı hədə

Dünyanın ən yaşlı sakini öldü

ABŞ Ukraynanı Kremlə qarşı qızışdırır: Qiymətləri qaldır

ABŞ donanmasını Suriyada saxlayır – Rusiyaya cavab...

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla