Yuxarı

Ermənistan ordusu öz hərbi hissələrini bombaladı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2017.11.14. 12:01

Ermənistan ordusunun artilleriyaçıları səhvən öz hərbi hissələrini bombalayıblar.

Xəzər xəbər-in məlumatına görə, hadisə təlim məşqləri zamanı baş verib. Döyüş atışlarını yerinə yetirən minaatan heyətinin səriştəsizliyi səbəbindən mərmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Əsgəran yaşayış məntəqəsi istiqamətində yerləşən tank alayının ərazisinə düşüb. Ölən və yaralananlar barədə hər hansı məlumat verilməsə də, hadisə ilə bağlı cinayət işinin başlanıldığı təsdiqlənib. Hazırda istintaq tədbirləri həyata keçirilir.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanovun sözlərinə görə, bu, Ermənistan ordusunda, xüsusən də işğal edilmiş ərazilərdə yaşanan ilk belə hal deyil. Ekspert deyir ki, mərminin hərbi hissəyə düşməsi erməni hərbçilərin səriştəsizliyinin və qeyri-peşəkarlığının göstəricisidir.

Şair Ramaldanovun fikrincə, bu hadisə həm də erməni hərbçilərdəki ruh düşkünlüyünün nəticəsidir.

Ekspert fikrincə, bu biabırçı hadisədən sonra həm Ermənistan hökuməti, həm də xalq bir daha ordudakı vəziyyəti gördü. Bu səbəbdən də işğal edilmiş torpaqlardan çıxmaq barədə qərar qəbul etməlidirlər.

Şair Ramaldanov əlavə edib ki, Ermənistan ordusunun bu cür səhvləri bundan sonra da təkrarlanacaq.

Tarix
2017.11.15 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla