Bura ruslar üçün ölümcül şəhər olacaq - Sırski
19:16
Ana səhifə Planet |
Terrorizmlə mübarizə koalisiyanın Suriyadakı fəaliyyətinə sərhədsiz səlahiyyətlər vermir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər nazirinin müavini Gennadi Qatilov deyib.
O, Pentaqon rəhbəri Ceyms Mettisin Suriya ilə bağlı açıqlamalarını qəribə adlandırıb:
“BMT bütün məsələlərlə maraqlana bilməz. Suriya suveren, müstəqil dövlətdir. Suriya rəsmiləri 3-cü tərəfin silahlı qüvvələrini ölkəyə dəvət edə bilər. Lakin BMT-nin belə bir haqqı yoxdur”.
Qeyd edək ki, Mettis Suriya konfliktinin həlli ilə bağlı Cenevrə danışıqlarında razılaşma əldə olunmayana qədər beynəlxalq antiterror koalisiyasının Suriyada qalacağını bildirmişdi.
Pentaqon rəhbəri həmçinin əlavə etmişdi ki, ABŞ ordusu BMT-nin icazəsi ilə Suriyaya daxil olub.
Tarix
2017.11.15 / 00:56
|
Müəllif
Kamran Ədalət
|