Yuxarı

Həriri-Vilayəti gizli görüşü: Həbs və istefanın – Şok detalları

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanında vəliəhd şahzadə Məhəmməd bin Salmanın rəhbərlik etdiyi antikorrupsiya əməliyyatının arxasında 2 vacib görüş dayanır.

Axar.az xəbər verir ki, türkiyəli köşə yazarı Taha Dağlı “Haber7”-də yayımlanan yazısında Səudiyyə Ərəbistanında şahzadələrin həbsinin arxasında ABŞ Prezidenti Donald Trampın baş müşaviri Cerad Kuşnerin Ər-Riyad və İranın Ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Beyrut səfərinin dayandığını bildirib.

Yazıda rəsmi Ər-Riyadın illərdir İranla gərginlik yaşadığı, Yəmənlə 2 ildən çoxdur müharibə vəziyyətində olduğu və Qətərə qoyulan embarqonun da əsas səbəbinin məhz rəsmi Tehran olduğu qeyd edilib.

“Livanın Baş naziri Saad Həriri Səudiyyə Ərəbistanının himayəsində istefa verdi. İstefa səbəbi ölüm təhdidi, təhdid isə İrandan gəlmişdi. Həriri Ər-Riyadda “İran məni öldürəcək” dediyi bir vaxtda İran bunu mesaj kimi qəbul etdi. Yəmənin Səudiyyə Ərəbistanına uzaqmənzilli raket zərbəsi endirmək cəhdi isə Həriri həmləsinə cavab oldu. Eyni gündə 11 şahzadə həbs edildi. Bəhanə korrupsiya oldu, ancaq əslində həqiqət fərqli idi. Vəliəhdin rəqibləri zərərsizləşdirildi. Taxt yarışında Məhəmməd bin Salman tək qaldı”, - Dağlı yazıb.

Antikorrupsiya əməliyyatının əsas məqsədi

“4 noyabr əməliyyatlarından bir həftə əvvəl Beyrutda Saad Həriri Əli Əkbər Vilayəti ilə görüşüb. Bəs Həririnin Vilayəti ilə görüşünü təşkil edən kimlər olub? Bəlkə 4 noyabrda həbs olunan şahzadələr? Bəli, 4 noyabrda həbs olunan şahzadələrdən bir çoxu Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyə son qoyulmasının tərəfdarı olublar. Tehranla gərginliyin Səudiyyə xanədanlığını fəlakətə aparacağından qorxan şahzadələrin həmin görüşü təşkil etdiyi iddia edilir”.

Kuşnerin Ər-Riyad səfəri və yeni böhran

Kuşnerin Ər-Riyada səfəri məhz Həriri-Vilayəti görüşündə müzakirə olunanları ləğv etməyə yönəlmişdi. Bunun nəticəsi kimi Kuşnerin səfərindən bir qədər sonra şahzadələr həbs edildi, Həriri isə Səudiyyədə istefa verdi.

“Bəs Trampın kürəkənini Ər-Riyada dəvət edib, yeni bir böhranın başlamasın səbəb olanlar kimlərdir? Kral Salmanın oğlu Məhəmmd bin Salmanı mart ayında ABŞ-a aparıb Trampla görüşdürən vacib bir insan var idi - BƏƏ-nin vəlihəd şahzadəsi Məhəmməd bin Zeyd. Zeyd Kuşnerə yaxın bir simadır. Məlumata görə, bu şəxslər Məhəmməd bin Salmana “atan ölmədən əvvəl sən kral olacaqsan”, - vədini veriblər. Mart ayından sonra bu plan saat kimi işləməyə başladı. İlk mərhələsi Qətər embarqosu olan planın nəticəsində şahzadə Məhəmməd bin Salman vəliəhd seçildi. Planın ikinci mərhələsi isə hazırkı böhrandır. Kuşner bir daha Ər-Riyadı ziyarət etsə, yəqin ki, yeni bir savaşın başlanmasına səbəb olacaq”.

Tarix
2017.11.15 / 14:07
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla