Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Oktyabr 2018


Hindistan ilə Ermənistanı bir-birinə bağlayan nədir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən həftə Ermənistan prezidentinin Hindistana etdiyi səfər yenə də ölkə mətbuatının diqqətində olub.

Axar.az “Amtayms”a istinadən xəbər verir ki, son vaxtlar Ermənistan prezidentinin səfərlərindən baş açmaq olmur. Prezident səfərə gedir, lakin bu səfərlərin mahiyyəti heç kimə aydın deyil.

Hindistanda səfərdə olan S.Sərkisyan bu ölkənin baş naziri ilə görüşərək boğazdan yuxarı bəyanatlardan başqa bir söz demədi. “Görəsən, Hindistan ilə Ermənistanı bir-birinə bağlayan nədir?” sualını qoyan sayt yazır ki, 1 milyard 200 milyon əhalisi olan Hindistan üçün Ermənistan, ümumiyyətlə, bazar sayılmır. Hindistan isə Ermənistan üçün bazar ola bilməz. Çünki Ermənistanın elə bir istehsalı yoxdur ki, Hindistanı təmin etsin. Son illərdə Hindistan Ermənistan iqtisadiyyatına cəmi 100 min dollar sərmayə yatırıb. Bu, gülməli rəqəmdir. Ermənistan isə Hindistana zibilxanalardan yığılan metal qırıntılarını ixrac edir ki, bu da üçüncü ölkələrin vasitəsilə həyata keçirilir.

Sayt qeyd edir ki, ola bilsin S.Sərkisyan Hindistan ilə iqtisadi əlaqələr qurmaq istəyir. Lakin hansı potensialla?

Qeyd olunur ki, prezident S.Sərkisyan belə mənasız səfərləri ilə dövlət büdcəsinə ziyan vurmaqdan başqa bir iş görmür.

Tarix
2017.11.16 / 00:17
Müəllif
Aytac Araz
Şərhlər
Загрузка...
Digər xəbərlər

Bu ölkə Ər-Riyadı seçdi: Səudiyyəni Qərbdən qoruyacağıq

Suriya XİN-dən S-300 açıqlaması

Fransada həyəcan təbili çalındı: 13 ölü

Paşinyana ilk korrupsiya ittihamı ABŞ-dan gəldi

Trampdan gözlənilməz açıqlama: Dərhal göndərirəm

Sisi Putinlə görüş üçün Soçiyə gedir

İranın 50 şəhərində müəllimlərin aksiyası başladı - Foto

Yaponiya xaricdə ilk daimi bazasını açır – Çinə qarşı

Əsədin getməsinə pul qoyulmuşdu - Bendou

Kral Qaşıqçı ilə bağlı əmr verdi

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla