Ərdoğan İsmayıl Haniyəni qəbul etdi
16:25
Ana səhifə Planet |
Türkiyə ordusu Diyarbəkirin Silvan mahalında bölgədə fəallaşan terrorçuların qarşısının alınması, sığınacaqların aşkarlanaraq məhv edilməsi, hava hücumundan müdafiə qurğularının zərərsizləşdirilməsi və silah-ləvazimat anbarlarının ələ keçirilməsi istiqamətində genişmiqyaslı əməliyyata hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Diyarbəkir valiliyindən informasiya yayılıb.
Məlumata görə, Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalında təşkil olunacaq əməliyyat öncəsi 12 kənd və yaşayış məntəqəsində komendant saatı elan edilib. 16 noyabr saat 06:00-dan etibarən müəyyən edilmiş bölgələrdə küçəyə çıxma qadağası tətbiq olunub.
Tarix
2017.11.16 / 11:51
|
Müəllif
Orxan Tağıyev
|