Yuxarı

Kremlin İrəvan planı: Sərkisyana təsir vasitələri...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan kimi ölkəyə 1 milyard dollarlıq investisiya yatırıla bilməz.

Axar.az xəbər verir ki, bunu “1in.am” saytına müsahibəsində erməni politoloq Ağasi Yenokyan söyləyib.

“Bu investisiya mümkünsüzdür. Ona görə ki, hər kəs bizim ölkədəki korrupsiyadan xəbərdardır. Buraya qoyulan pullar dərhal oğurlanacaq. Hətta bizim yerli hökumət belə bu cür məbləği Ermənistana yatırmır. Onlar bilirlər ki, necə ölkə yaradıblar və bunun üçün oğurladıqları pulları Ermənistandan çıxardırlar. 1 milyard Ermənistan üçün çox böyük məbləğdir. Belə pullar populizm və ya hakimiyyətin saxlanılması üçün yatırılmır. Bu qədər böyük məbləğ ancaq çirkli pulların yuyulması üçün lazımdır”, – deyə o bildirib.

Onun sözlərinə görə, hazırda Moskva Serj Sərkisyanın həm siyasi tərəfdarı, həm də siyasi opponenti rolunu oynayır:

“Moskvaya onun tələblərini mübahisəsiz yerinə yetirən Serj Sərkisyan lazımdır. Bu tələblər sırasında Avropa Birliyi ilə razılaşmanın icra edilməməsi, Qarabağ konfliktinin həllinə hazırlıq, Ermənistanın ermənilərdən azad edilməsi yer alır. Qarabağ problemi, yeni 27 oktyabr teraktı, rus oliqarxları, burjua-demokrat inqilabı, küçə aksiyaları və digərləri ilə Rusiya Serj Sərkisyanı daim gərgin vəziyyətdə saxlayır. Ermənistana 1 milyardlıq yatırım edən ən varlı erməni Samvel Karapetyana gəlincə isə, o da Moskvadan asılıdır. Onun bütün sərvəti Rusiyadadır. O öz var-dövlətini itirməmək üçün Kremlin siyasi sifarişlərini icra edir”.

Qeyd edək ki, bundan öncə Samvel Karapetyan Ermənistanın energetik sferasına 1 milyard dollar yatırım edəcəyini açıqlayıb.

Tarix
2017.11.16 / 14:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla