Yuxarı

Lujkovdan şok etiraf: İstefaya buna görə göndərildim

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yuri Lujkov uzun illər tutduğu Moskva meri vəzifəsindən istefaya getməsinin səbəbini açıqlayıb.

Axar.az xəbər verir ki, Lujkovun etirafları onun yeni dərc olunmuş memuarında yer alıb. Keçmiş merin iddiasına görə, onu Dmitri Medvedyevin ikinci prezidentlik dönəmində dəstəkləmədiyi ucbatından istefaya göndəriblər:

“2010-cu ilin aprelində mənim yanıma biznesmen Boris Xait gəldi. O məndən Medvedyevə növbəti prezident seçkisində dəstək verməsini istədi. Xait mənə təklifdən imtina edəcəyim halda təkcə karyeramın bitməyəcəyini, həm də sanksiyalara məruz qalacağımı söylədi. Mən onun bu təklifindən qəti şəkildə imtina etdim. Bundan sonra mənə açıq şəkildə bildirdilər ki, vəzifədən getməliyəm. Mənim istefama qədər və istefamdan sonra baş verənlərin hamısı klounada idi. Buraya xüsusilə Moskvanı tüstünün bürüməsi, Çerkizov bazarı (Telman İsmayılova aid bazarın bağlanması – red.) olayı və digərləri aiddir”.

Qeyd edək ki, Lujkov 1992-ci ildən 2010-cu ilə qədər Moskva meri kimi çalışıb. 2010-cu ilin sentyabrında eks-prezident Medvedyev gözlənilmədən onu istefaya göndərib.

Tarix
2017.11.17 / 15:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla