Yuxarı

Gümrüdə rus əsgəri yoxa çıxdı - Əhali qorxu içində

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hərbi bazadan rus əgərlərinin qaçması haqqında dəqiq məlumata malik deyiləm. Ancaq Gümrüdə bu barədə xəbərlər dolaşır və camaat öz evinin qapısını möhkəm-möhkəm bağlayıb, həyəcan içində lal-dinməz oturub!

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın birinci informasiya kanalına jurnalistlərin Gümrüdəki "Asparez" klubunun sədri, ağsaqqalllar şurasının üzvü Levon Barseqyan deyib.

L.Barseqyanın sözlərinə görə, bu haqda rəsmi təkzib verilsə də, gümrülüləri razı salmayıb, çünki məmurlara inam itib:

"Ermənistan iqtidarı Rusiya rəhbərliyilə bir masa ətrafında oturub ciddi razılaşmalar əldə etməlidir. Amma Serjiki sayıb adam yerinə qoyan yoxdur! Heç kim ona məruzə etmir! Ermənistan hakimiyyəti Avetisyanın ailəsində baş vermiş faciədən hələ də dərs götürməyib".

Sərkisyan hakimiyyətini davamlı məsuliyyətsizlikdə qınayan Levon Barseqyan öz fikrini sonda belə yekunlaşdırıb:

"İndi Gümrüdə hamı qorxu içindədir. İtkin düşən silahlı rus əsgərləri istənilən vaxt istənilən məhəllədə sərxoş vəziyyətdə peyda ola bilərlər. Buranın yiyəsi erməni hakimiyyəti olmalıdır. Amma bunun tam əksini görürük. Sərkisyan hakimiyyətinin saxtalığı və qeyri-ciddiliyi səbəbindən Gümrüdə özbaşınalıq və yiyəsizlik hələ də davam edir!"

Tarix
2017.11.17 / 19:24
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla