Yuxarı

Kasparov: Putinə haqq etdiyini vermək lazımdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin prezidentliyi dönəmində bütün dünyada yerləşən ölkələrdəki destabilizasiya zonalarına müxtəlif vasitələrlə təsir imkanı əldə edib.

Axar.az xəbər verir ki, bunu “Realist.onlayn” saytına müsahibəsində erməni əsilli rusiyalı müxalifətçi Harri Kasparov söyləyib. Onun sözlərinə görə, dünya hazırda Kremlə qarşı yumşaq siyasətinin qarşılığını ödəyir:

“Suriyada Qərblə Rusiyanın heç bir ortaq marağı yoxdur. Burada ortaq maraqla bağlı olan illuziyalar sadəcə özünü aldatmaqdan başqa bir şey deyil. Suriyada Putin daim başqa hədəflərin arxasınca qaçıb. O, Əsədin güclənməsi və hakimiyyətdə qalmasına nail ola bildi. Putinə haqq etdiyini vermək lazımdır, ona görə ki, o, yaranan imkanlardan uğurla istifadə edir. Məncə, o, əvvəllər Suriya müharibəsinin potensialını, onun Avropa üçün qaçqın böhranı yaradacağını bilmirdi. Lakin o, bu proqramdan uğurla yararlandı. Putin daima amerikalılarla sövdələşmə üçün imkanlar axtarır. Məhv olmuş iqtisadiyyat və xəstə liderlə Şimali Koreya hidrogen bombası və qitələrarası ballistik raket hazırlaya bilməz. Burada o, yaxın qonşularının yardımı olmadan hərəkət etmək qabiliyyətində deyil. Çin özünün uzunmüddətli strateji maraqlarından çıxış edərək, konfliktin sülh yolu ilə həllini istəyir. Yeganə ortada qalan Rusiyadır. Məhz konflikti alovlandıraraq, yenidən sülhməramlı olmaq istəyir”, – deyə o bildirib.

Tarix
2017.11.18 / 17:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla