Yuxarı

İstefa verən baş nazir təsdiqlədi: Geri qayıdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın istefa verən Baş naziri Saad Həriri yaxın günlərdə Beyruta qayıdacağını təsdiqləyərək, orada öz gələcək addımlarını rəsmən açıqlayacağını bəyan edib.

Axar.az xəbər verir ki, Həriri bunu jurnalistlərə Yelisey sarayında Fransa Prezidenti Emanuel Makronla görüşünün yekunları barədə danışarkən bildirib.

“Livanda siyasi vəziyyətə gəlincə, mən yaxın günlərdə Beyruta gedəcəyəm, müstəqilliyimizin qeyd olunmasında iştirak edəcəyəm, məhz orada respublikamızın prezidenti, general Mişel Aunla görüşdükdən sonra bütün mövzular üzrə öz mövqeyimi elan edəcəyəm”, - Həriri belə deyib.

Ailəsi ilə birlikdə Ər-Riyaddan Parisə gələn Həriri Fransa Prezidenti Emanuel Makrona dəvətə və dəstəyə görə xüsusi minnətdarlığını ifadə edərək deyib ki, bu dostluq jestini heç vaxt unutmayacaq.

Xatırladaq ki, Livanın Baş naziri Saad Həriri noyabrın 3-də Səudiyyə Ərəbistanına səfərə getmiş və orada gözlənilmədən öz postundan istefa verdiyini elan etmişdi.

Tarix
2017.11.18 / 20:10
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla