Yuxarı

Ərəb nazirlər İrandan BMT-ə şikayət edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Xarici İşlər Nazirləri Şurası İranın maliyyələşdirdiyi peyk kanallarını bağlamaq və Tehranın ərəb ölkələrinə müdaxilələrini BMT Təhlükəsizlik Şurasına təqdim etmək qərarı veriblər.

Axar.az xəbər verir ki, nazirlərin Qahirədə keçirilən fövqəladə iclasından sonra 14 maddədən ibarət bəyanat yayılıb.

Bəyanatda Şuranın Nyu Yorkdakı nümayəndəliyinə İranın fəaliyyətlərinin ərəb milli təhlükəsizliyi üçün yaratdığı təhdid, Yəməndəki “terrorçu” milisləri dəstəkləməsi və Yəməndən Ər-Riyada ballistik raket zərbəsi endirməsi kimi məsələlərin BMT Təhlükəsizlik Şurasına daşınması tapşırığı qoyulub.

“İranın Bəhreynin daxili məsələlərinə qarışmağa davam etməsi, orada İnqilab Keşikçiləri Korpusu və Hizbullah tərəfindən yetişdirilən, maliyyələşən terror qrupları qurması mehriban qonşuluq prinsipləri ilə ziddiyyət təşkil edir”, - bəyanatda deyilib.

Bəhreynin terrorla mübarizə və ölkənin tərəqqisinin qorumağa yönələn istənilən addımının dəstəklənəcəyi açıqlanan bəyanatda, İranın Hörmüz boğazına yaxın Əbu Musa, Böyük və Kiçik Tumb adalarını işğal etməsi tənqid edilib.

Tarix
2017.11.20 / 10:39
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla