Yuxarı

Əsəd Soçidə: Putin görüşdə önəmli mesaj verdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:12

Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Axar.az xəbər verir ki, görüş Əsədin Rusiyaya işgüzar səfəri çərçivəsində gerçəkləşib.

Görüş zamanı Rusiya Prezidenti Putin Əsədi terrorizmlə uğurlu mübarizəyə görə təbrik edib. Onun sözlərinə görə, Suriya xalqı çox ağır sınaqdan keçir və terrorçuların darmadağın edilməsinə yaxınlaşır.

Əsəd isə öz növbəsində iki il ərzində Rusiya Kosmik Qüvvələri sayəsində qazanılan uğurların aydın olduğunu və ölkə əhalisinin çox hissəsinin artıq öz evlərinə geri qayıtdığını bildirib. O, Rusiya sayəsindəı Suriyanın dövlət kimi xilas olduğunu söyləyib.

Görüş zamanı Putin həmçinin Suriya prezidentinə Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərliyini təqdim edib.

Putin qeyd edib ki, Suriyada hərbi əməliyyatlar başa çatmaqdadır.

“Terrorçuluqda mübarizə sahəsində tam qələbə qazanmağa, əlbəttə, hələ çox var. Suriya ərazisindəki terrorçularla mübarizə sahəsində birlikdə keçirilən hərbi əməliyyatlar isə həqiqətən sona çatır”, - Putin deyib.

Rusiya prezidenti Suriya məsələsi ilə bağlı danışarkən həmçinin tezliklə yekun nöqtənin qoyulacağını bildirib.

Tarix
2017.11.21 / 09:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

ATƏT tədbiri: Bakı və İrəvan nümayəndələri mübahisə etdi

İlham Əliyev forumda iştirak edir - Canlı

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Paşinyan artıq bunu başa düşür - Ərdoğan

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla