Yuxarı

Ərdoğan: Bizim əsas dərdimiz budur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müxalifətini terrorçu kimi tanıdırlar.

Axar.az xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının qrup toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. Onun sözlərinə görə, İŞİD-in ortaya çıxıb, yox olması müəmmalarla doludur:

“Əgər İŞİD yoxa çıxıbsa, niyə hələ də Suriyaya silah dolu yük avtomobilləri gedir? Bunları izah etmək lazımdır. Dərd başqadır. Nəyin nə olduğunu bilirik. Türkiyənin öz taleyini əlaqələndirən məsələnin qarşısında əl-qolu bağlı şəkildə qalacağını kimsə gözləməsin. İŞİD bölgədən silinib. Bir çox yerdə bir terror təşkilatını digərləri əvəzləyib. Əliqanlı Əsəd rejimi hələ də hakimiyyətdədir. Suriyalı müxaliflər az qala terrorçu vəziyyətinə düşüblər. Bu coğrafiyada qan niyə töküldü? Bizim dərdimiz terror yox, məhz budur. Fars körfəzində, Şimali Afrikada olan hadisələrin hamısı bir oyunun tərkib hissəsidir”.

Qeyd edək ki, sabah Ərdoğan Soçidə Rusiya və İran prezidentləri ilə görüşəcək. Görüşdən bir gün öncə Suriya Prezidenti Bəşər Əsəd Soçiyə gəlib.

Putin və Ruhani isə İŞİD üzərində qələbənin qazanıldığını bildirib.

Tarix
2017.11.21 / 14:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla