Yuxarı

Qondarma rejimdə çevriliş: Kreml planını reallaşdırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qondarma Luqansk Xalq Respublikasındakı böhranı Rusiya yaradıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı RBK agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik qondarma rejimi kurasiya edən Rusiya prezidentinin köməkçisi Vladislav Surkovun separatçı rejimin rəhbəri İqor Plotnitski ilə keçmiş Daxili İşlər naziri İqor Kornet arasındakı münaqişədə məhz naziri müdafiə etdiyini bildirib. Kornetin Luqanskda əsas dövlət binalarını ələ keçirməsinə baxmayaraq, Plotnitskinin hakimiyyətdən uzaqlaşdırılması nəzərdə tutulmayıb:

“Bu çevriliş cəhdində Rusiyanın təsiri çoxdur. Belə ki, Donetsk Xalq Respublikası Moskvadan kifayət qədər müstəqildir. Luqanskda isə məsələ başqadır. Moskva burada öz siyasətini korrektə etmək və təsir gücünü artırmaq qərarı alıb. Plotnitski hakimiyyətdən uzaqlaşdırılmayacaq. Ona son şans verilib ki, idarəetmə sistemi qura bilsin”.

Qeyd edək ki, ötən gün Luqanskın mərkəzi, o cümlədən administrativ binalar naməlum şəxslər tərəfindən tutulub. Binaları ələ keçirən şəxslərin hərbi formada olduqları, amma üzərilərində heç bir təşkilatın işarəsini daşımadıqları bildirilib. Separatçı rejimdə böhranın yaranmasına səbəb Daxili İşlər naziri İqor Kornetin rejimin rəhbəri İqor Plotnitskinin əmrinə tabe olmaması olub. Kornet Plotnitskinin onu istefaya göndərməsi ilə barışmayıb.

Tarix
2017.11.22 / 09:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla