Yuxarı

İnsanlıq tarixinin ən qanlı 5 savaşı - Axar TV

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 5 min il ərzində dünyada minlərlə savaş olub. Maraqlı məqam odur ki, bu dövrün cəmi 292 ilini insanlıq sülh şəraitində, heç bir savaş görmədən yaşayıb. İnsanlığın yaşam tərzi dəyişdikcə, texnika inkişaf etdikcə müharibələrin ağırlığı, insan itkiləri də artıb.

Axar TV son 5 min ilin ən qanlı savaşlarını təqdim edir:

Birinci Dünya müharibəsi

1914-cü ildə Sarayevoda Avstriya-Macarıstan şahzadəsinin qətlə yetirilməsindən başlayan bu savaş rəsmi rəqəmlərə görə 15 milyon insanın qətlinə səbəb oldu. Qeyri-rəsmi rəqəmlərə görə, savaşda 65 milyon insan həlak olub. 1918-ci ildə başa çatan Birinci Dünya savaşı həm də 4 imperiyanın sonunu gətirdi: Rusiya, Avstriya-Macarıstan, Almaniya və Osmanlı.

Teymurləng savaşları

Məşhur türk dövlət xadimi olan Əmir Teymur öz imperiyasını formalaşdırmaq üçün 45 il ərzində savaş aparıb. Apardığı savaşlar nəticəsində o öz imperiyasının ərazisinə Qafqazı, İranı, İraqı, Anadolunun bir hissəsini, Mərkəzi Asiyanı, Hindistanın bir hissəsini və başqa əraziləri qatıb. Bu savaşlar nəticəsində XIV əsrdə əhalinin 3,5%-i həlak olub. Bu isə təxminən 15-20 milyon insan deməkdir. Bu savaşlar Teymurun imperiyasına ağır zərbə vurub və onun ölümündən sonra imperiya çökməyə başlayıb.

Taypinlər hərəkatı

Taypinlər hərəkatı 1850-ci ildə başlayıb. Üsyanda əsas məqsəd illərdir Çini idarə edən və ölkəni tam iflasa məruz qoyan Tsin sülaləsini devirmək olub. Üsyan nəticəsində rəsmi rəqəmlərə görə, 20 milyon nəfər, qeyri-rəsmi rəqəmlərə görə isə 100 milyon nəfər ölüb. Sonuncu göstərici XIX əsrdə Yer əhalisinin 8%-i demək olub. Taypinlər hərəkatı 1864-cü ildə ingilis və fransızların sayəsində yatırılıb.

Monqol imperiyası savaşları

Monqol imperiyası savaşlarını XIII-XV əsrlərdə aparıb. İndiyə qədər dünyanın ən böyük imperiyasının sahibi adını özündə saxlayan monqolların ərazisi 24 milyon kvadrat kilometr təşkil edib. Onların apardığı savaşlarda minimum 30 milyon, maksimum isə 60 milyon nəfər həlak olub. Bu isə o dövrün göstəricilərinə görə Yer əhalisinin 17%-ni təşkil edib.

İkinci Dünya müharibəsi

Dünyada ən böyük itkilərin olduğu savaş İkinci Dünya müharibəsi hesab edilir. Bu savaşda ölənlərin sayı 40 milyonla 72 milyon nəfər arasında hesab edilir. Savaşın dünya dövlətlərinə vurduğu ziyan 2 trilyon dollar olub. Müharibədə o dövrdə mövcud olan 73 dövlətdən 62-si iştirak edib.

Tarix
2017.11.23 / 08:45
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla