Yuxarı

Saakaşvili meydanda: Prokuror 24 saat vaxt verdi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:01

Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq mühafizə orqanları tərəfindən aparıldığı avtomobilini mühasirəyə alaraq onun irəlləməsinə mane olub.

Axar.az xəbər verir ki, tərəfdarları əvvəlcə avtomobili devirməyə cəhd etsələr də hüquq mühafizə orqanları buna mane olublar. Daha sonra isə onlar avtomobilin qarşısını kəsərək onun irəlləməsinə imkan verməyiblər. Hüquq-mühafizə orqanları etirazçılara mane ola bilmir.

***

Mixail Saakaşvilinin tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında xırda toqquşmalar baş verib. Siyasətçinin tərəfdarları ərazidə barrikadalar yaratmağa başlayıb.

***

Mixail Saakaşvili bu dəqiqələrdə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı maşından azad edilib.

Azad edilən kimi tərəfdarlarının qarşısında çıxışa başlayan Saakaşvili Putinin sifarişi ilə Poroşenkonun onu həbs etmək istədiyini bildirib.

O, hər kəsi küçələrə çıxmağa səsləyib.

“Hər kəsi Maydana toplanmağa səsləyirəm. Biz bu gün Poroşenko və onun oliqarxlarından azad olmalıyıq. Onların silahlarından qorxmayın. Ordu və polis bizim yanımızdadır. Heç kimdən qorxmayın. Onlar bizdən qorxsunlar. Mən sizə söz verirəm ki, Ukraynanı Medvedçukdan, Əhmədovdan azad edəcəyəm. Mən Ukraynada yaşayacağam, Ukraynada da öləcəyəm”, – deyə o bildirib.

O, həmçinin, prezidentin impiçmentini tələb edib.

***

Saakaşvili tərəfdarlarının hazırda paytaxt Kiyevdə Ali Radanın qarşısında nümayişləri davam edir.

Saakaşvili nümayişçiləri aksiyanı davam etdirməyə səsləyib. Meydanda çadırlar da qurulub.

Radada durumun sabit olduğu bildirilir. Təhlükəsizlik qüvvələri nümayişə müdaxilə etmir.

Baş prokuror Yuri Luçenko isə Saakaşviliyə 24 saat vaxt verərək, müstəntiqin qəbuluna könüllü şəkildə gəlməsini tələb edib. O, əks halda polisin bununla bağlı təcili-təxirəsalınmaz tədbirlər görəcəyini deyib

Tarix
2017.12.05 / 22:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla