Yuxarı

Ər-Riyad və Ankara heç nə edə bilməyəcək - Qərar verildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qüdsün İsrailin paytaxtı kimi tanınmasından sonra belə ona qarşı hər hansı ittifaq yaranmayacaq.

Bu sözləri Axar.az-a politoloq Ramal Quluzadə ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyini buraya köçürmək istəməsi məsələsini şərh edərkən söyləyib. Onun sözlərinə görə, Trampın qərarı Fələstinin tam ləğvinin başlanğıcı ola bilər:

“Doğrudur, həm Ərdoğan, həm də digər liderlər Qüdslə bağlı məsələnin müsəlmanlar üçün qırmızı xətt olduğunu dedilər. Əslində isə müsəlman dövlətlər üçün indiki dövrdə, demək olar ki, belə bir qırmızı xətt anlayışı yoxdur. İndiki zamanda ərəb dövlətləri arasında birlik yoxdur və onlar ilk növbədə özləri özlərinin düşmənləridirlər. Düşünmürəm ki, bundan sonrakı zaman çərçivəsində ərəb dövlətləri arasında Qüds məsələsində İsrailə qarşı hansısa ittifaq olacaq. Praktik olaraq heç nə gözlənilmir. ABŞ-ın Qüdsü həm İsrailin paytaxtı kimi tanıması, həm də səfirliyini buraya köçürməsi Fələstinin bir dövlət olaraq sonu deməkdir. Onsuz da onlar dövlət statusuna malik deyildilər. Əslində biz Fələstin xəritəsinə nəzər yetirsək, 1940-cı illərdən indiyə qədər onun ərazisinin hansı səviyyədə kiçildiyini görə bilərik. Trampın indiki qərarı da gələcəyə hesablanan addımdır və bu addımın sonu Fələstinin ləğvinə yönəlib”.

Ekspertin fikrincə, müsəlman ölkələri ABŞ-ın qərarına sərt reaksiya verə bilməyəcəklər:

“Burada digər məqam həm də Türkiyə məsələsi ola bilər. İndiki dövrdə Türkiyə Fələstinin hamisi sayılır. Ola bilsin ki, Tramp həm Zərrab məsələsi, həm Qətər böhranında həddən artıq aktivlik nümayiş etdirdiyinə, həm də kəskin antiamerika mövqeyinə doğru irəlləməyə başladığına görə Ankaranı müəyyən qədər cəzalandırmaq istəyə bilər. Həm İran, həm Türkiyə, həm də Səudiyyə Ərəbistanı Fələstin məsələsindən öz maraqlarına görə istifadə edirlər. Yəni bu ölkələrdən heç biri ürəkdən Fələstinin halına yanmır. Təbii ki, bunların hər biri anlayır ki, Qüds söhbətində böyük uğur əldə edə bilməyəcəklər. Türkiyəyə bu, xüsusilə, “Mavi Mərmərə” olayından daha çox aydındır. Türkiyənin özünün daxilinə nəzər yetirsək, artıq burada Fələstindən heç kimin danışmadığını görərik. Bu bölgə Ankara üçün çox geri plana düşüb, ona görə ki, artıq onu maraqlandıran digər amillər peyda olub. Ümumilikdə bu ölkələr Trampın qərarı qarşılığında heç bir şey edə bilməyəcəklər. Digər tərəfdən isə unutmaq lazım deyil ki, Qüds onsuz da uzun illərdir Fələstinin və müsəlmanların nəzarətində deyil. Qüdsün Fələstinin əlindən tam çıxmasına əsas şəraiti məhz Fəth və HƏMAS təşkilatları arasındakı toqquşmalar yaratdı. Əsas aktiv rol isə HƏMAS-ın üzərinə düşdü. Bu təşkilatı onsuz da Qərbdə İsrailin qurumu hesab edirlər. Görünür, Tramp İsrailin mövqelərini bölgədə tam gücləndirmək istəyir. Doğrudur, Obama ilə İsrail hökuməti yola getmirdi, amma Trampla belə deyil. Tramp artıq yəhudi lobbisinə seçkidən əvvəl verdiyi sözü yerinə yetirməyə başlayıb”.

Qeyd edək ki, Trampın bu gün Qüdsü İsrailin paytaxtı kimi tanıyacağı və ABŞ səfirliyini bura köçürəcəyi gözlənilir. Trampın qərarı artıq bir sıra müsəlman ölkələrində narazılıq yaradıb. ABŞ Konqresi səfirliyin Qüdsə köçürülməsi haqqında qərarı 1995-ci ildə versə də, indiyə qədər bu qərarın icrasına ölkə prezidentləri tərəfindən veto qoyulub.

Tarix
2017.12.06 / 14:45
Müəllif
Ülkər Həsənova
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla