Yuxarı

Saakaşvili özü də bilmədən Putinə işləyir - Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saakaşvili əsla yeni Maydanı həyata keçirə bilməyəcək. Əksinə, o öz siyasi iflasının yeni mərhələsini yaşayır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, onsuz da indiyə qədər Ukrayna hakimiyyətinin yeritdiyi siyasət nəticəsində Saakaşvili tamamilə nüfuzunu itirib:

“Onun yaratdığı partiyanın gücü isə inkişaf etmək əvəzinə, xeyli geriləyib. Bu gün Saakaşvilinin ətrafında olan adamların çoxu rusmeyilli və Ukraynada qarışıqlıq yaratmaq istəyən destruktiv qüvvələrdir. Bu qüvvələrin içərisində Rusiyanın gizli kəşfiyyat idarəsinin adamları da var. Onlar hər vasitə ilə Ukraynada 3-cü Maydan adı altında qarışıqlıq yaratmaq və Ukraynanı öz hədəflərindən uzaqlaşdırmaq məqsədi güdürlər. Təcrübəli siyasətçi kimi Saakaşvili bunları başa düşməli və Ukraynanın paytaxtında kütləvi tədbirlərə rəvac verməməli idi”.

Politoloq vurğulayıb ki, o, korrupsiyaya və Poroşenkoya qarşı mübarizə aparmaq adı altında faktiki olaraq, Rusiyanın pozucu fəaliyyətlərinə yardım edir:

“Özü də bilmədən başqalarının əlində bir alətə çevrilib. Hakimiyyət onun haqqında həbs qərarı çıxarıb. Həbs qərarı icra edilərkən kütləyə qarşı müqavimət göstərmək istəməyən asayiş qüvvələri qan tökülməməsi naminə radikal addımlar atmaqdan çəkindilər. Düşünürəm ki, bu belə davam etməyəcək. Tezliklə onun bu cür çıxışlarının qarşısı alınacaq və Saakaşvili həbs edilərək, ölkədə qarşıdurma yaratdığına görə məsuliyyətə cəlb ediləcək. Daha böyük ehtimalla, o, Gürcüstana təhvil veriləcək”.

Qeyd edək ki, ötən gün Mixail Saalaşvilinin həbs edilməsi ilə bağlı Ukrayna prokurorluğu qərar çıxarıb. Lakin Kiyevdə Mixail Saakaşvilinin tərəfdarları siyasətçinin hüquq-mühafizə orqanları tərəfindən aparıldığı avtomobilini mühasirəyə alaraq onu xilas ediblər. Bundan sonra isə Saakaşvilinin tərəfdarları oturaq aksiyaya başlayıb.

Tarix
2017.12.07 / 08:30
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla