Yuxarı

500 yaşlı qız cəsədi hər kəsi heyrətə salıb – Foto/Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, Cənubi Amerikada arxeoloqların tapdığı qeyri-adi cəsəd hər kəsi təəccübləndirib. 500 il əvvəl ink tayfasının qurban verdiyi 14-15 yaşlı yeniyetmə qızın cəsədi 6000 metr yüksəklikdəki buzların içində əsrlərlə qalıb və sanki elə bu günlərdə vəfat edib və hələ dəfn edilməyib. Onunla yanaşı biri 7 yaşlı oğlan, biri isə 6 yaşlı qız uşağı olmaqla daha iki qurbanın donmuş cəsədi aşkar edilib.

"Maiden" (Qız uşağı) adlandırılan mumiya nümunəsini Ancelika Kortelsin başçılığı ilə Nyu-York universitetinin tədqiqatçı qrupu (City University of New York) tədqiq edib.

Ənənəvi DNA analizi yerinə toxumalardakı zülallar tədqiq edilib və məlum olub ki, zahirən sağlam görünən yeniyetmə qızın ciyərində vərəmi xatırladan bakterial ağ ciyər infeksiyası olub. Tapılan bu infeksiya növünə bu qıza qədər heç bir vaxt rast gəlinməyib.

Yaxın zamanlarda mətbuata haqqında bilgi verilən bu qeyri-adi mumiya 1999-cu ildə Luluyalyako (Llillailaco) vulkanının ətəklərində, Argentina və Çili sərhədin hüdudlarında dəniz səviyyəsindən 6739 metr yüksəklikdə tapılıb.

Eyni vaxtda tapılan bu üç mumiya Misir balzamlama mumiyalarından fərqli olaraq adi qaydada dərin buz laylarının altında olublar. Yeddi yaşlı oğlanın cəsədi də tədqiq edilib, lakin altı yaşlı qızcığazın analizində tərəddüd yaranıb. Ehtimal olunub ki, onun cəsədini nə vaxtsa ildırım vurub, bu da araşdırmaların nəticələrində qeyri-dəqiqliyə səbəb ola bilər.

Bu üç nəfərin qurban verildiyi güman edilir. Buna onların cəsədləri ilə yanaşı tapılan əşyalar: geyim, qızıl, gümüş, yemək dolu boşqab, hansısa naməlum quşun lələklərindən hazırlanmış nəfis baş örtüsü şahidlik edir.

Tarixçilər hesab edir ki, inklər uşaqları qurbanlıq üçün çox gözəl olduqlarına görə seçiblər (eləcə də uşaqlar böyüklərlə müqayisədə daha təmiz varlıq hesab edildiyindən) və qurbangaha gətiriliblər. Çünki inklərin təcrübəsində uşaqları qurban verilməsinə elə də çox rast gəlinmir.

Tədqiqatların yekun rəyi belə olub: Uşaqları qurban verməzdən əvvəl bir il ərzində şahlara layiq ərzaqlarla - qarğıdalı və qaxac edilmiş dəvə əti ilə bəsləyiblər. Halbuki buna qədər onlar kartof və tərəvəz kimi adi kəndli yeməyi ilə qidalanıblar.

Videonu təqdim edirik.

Tarix
2013.11.24 / 19:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla