Yuxarı

Saakaşvili Putinə işləyir? – Politoloq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada Mixail Saakaşvilinin iştirakı ilə baş verən hadisələri Rusiyanın təşkil etməsi haqda iddialar səsləndirilir.

Politoloq Şahin Cəfərli Axar.az-a müsahibəsində bu iddialara aydınlıq gətirib:

- Ukraynada Saakaşvilinin rəhbərliyi ilə baş verən prosesləri Rusiyanın təşkil etdiyi iddiaları nəyə hesablanıb?

- Saakaşvilinin kütləvi aksiyaları Rusiyada olan Viktor Yanukoviçə yaxın iş adamlarının maliyyəsi ilə təşkil etməsi barədə Ukrayna baş prokurorunun iddialarına inanmıram. Bu, Saakaşvilini tamamilə gözdən salmaq və Ukrayna ictimai rəyində onu diskreditasiya etmək üçün irəli sürülən saxta ittihamdır. Saakaşvilinin Rusiyaya və Prezident Putinə münasibəti məlumdur. O, postsovet məkanında ən sərt anti-Rusiya mövqeli siyasətçilərdən biridir. O ayrı məsələdir ki, Rusiya Ukraynada daimi xaos və qarşıdurmaların olmasında ciddi şəkildə maraqlıdır. Əksinin baş verməsi, yəni Ukraynanın dövlət kimi oturuşması, güclənməsi, iqtisadi inkişaf yoluna qədəm qoyması Rusiya üçün kabus olardı. Ukrayna inqilabının ideyalarının tam qələbəsi – demokratik, çiçəklənən Ukraynanın ortaya çıxması Rusiya əhalisi üçün cazibə rolunu oynayar, bu perspektiv isə Kremli çox qorxudur. Məhz bu səbəblə Ukraynada baş verən istənilən qarışıqlıq, iğtişaş, daxili qarşıdurma Rusiyanın lehinədir. Bir daha bildirirəm ki, mən Saakaşvilinin Rusiya ilə əməkdaşlığa getməsinə, oradan maliyyə almasına inanmıram.

- Ukraynadakı hazırkı siyasi böhrandan Rusiya necə istifadə edəcək?

- Saakaşvilinin fasiləsiz aksiyalar keçirməsi, sabitliyin pozulmasına rəvac verməsi və ölkədə inqilabi vəziyyət yaratmağa çalışması Moskvaya sərf edir. Şübhəsiz ki, uzun illər Ukrayna daxilində kifayət qədər güclü şəbəkə qurmuş Rusiya xüsusi xidmətləri özünəməxsus üsul və vasitələrlə vəziyyəti daha da qarışdıra, xaosu artıra bilər. Yəni Saakaşvilinin və digər müxaliflərin heç xəbəri olmadan onların təşkil etdiyi aksiyalardan Rusiya kəşfiyyatının yararlanması tamamilə mümkündür. Bu baxımdan hesab edirəm ki, Saakaşvili çox ehtiyatlı olmalıdır.

- Rusiya Ukraynanın bu çətin vəziyyətindən istifadə edərək Donbasda yeni savaş başlada bilərmi?

- Donbasda yeni müharibənin başlanması ehtimalı hər zaman var. Çünki atəşkəs rejimi çox kövrəkdir və əslində tərəflər ona riayət etmir. Hər gün cəbhə xəttində ölümlər, yaralanmalar baş verir. Bu lokal toqquşmaların hər an genişmiqyaslı hərbi əməliyyatlara çevrilmə riski təbii ki, var. Lakin Rusiyanı bu məsələdə tormozlayan ciddi amillər mövcuddur. Bu, ən əvvəl Qərbin mövqeyi ilə bağlıdır. Rusiyaya qarşı 2014-cü ildən sanksiyalar tətbiq edilib və ölkə bundan ciddi zərər çəkir.

Yeni müharibə Rusiyaya tətbiq olunan sanksiyaların yumşaldılması və ləğvi ümidlərini tamamilə məhv edə bilər, hətta yeni sanksiyaların tətbiqi gündəmə gələr. Ona görə də hesab edirəm ki, Donbasda müharibənin bərpa olunması ehtimalı çox azdır.

Tarix
2017.12.08 / 09:19
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla