Yuxarı

Atatürkün Qüds haqqında dediyi - Tarixi sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın dünyanı ayağa qaldıran Qüds qərarı əsas gündəm mövzusudur. Başda fələstinlilər olmaqla, bütün müsəlman aləmini narahat edən bu qərar artıq toqquşmalarla müşayiət olunur.

Axar.az xəbər verir ki, türk dünyasının böyük lideri Mustafa Kamal Atatürk 1937-ci ildə Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı Fələstinə hansısa dövlətin müdaxiləsinə icazə verməyəcəkləri barədə Avropaya ultimatum ünvanlayıb.

“Türkcə Milli Hakimiyyət” qəzetinin dərc etdiyi nitqdə bu sətirlər yer alıb:

“... Təəssüf ki, ərəblər Avropa siyasətinə nüfuz edə bilməyib, sözdə “müstəqilliy”ə inanıblar və bunun uğrunda ərəb məmləkətlərini Avropa imperializminin əsirinə çeviriblər.

...Ərəblər arasında mövcud olan qarışıqlıq və narazılığı çox yaxşı bilirik. Biz bir neçə il ərəblərdən uzaq qaldıq, lakin indi özümüzə güvənirik və qüdrətimizi bildiyimiz üçün islamiyyətin müqəddəs yerlərinin musəvilərin və xristianların nüfuz dairəsi altına girməsinə mane olacağıq. Biz demək istəyirik ki, buraların Avropa imperalizminin oyun sahəsi olmasına icazə verməyəcəyik...”

Atatürk 12-ci əsrdə Qüdsü işğaldan azad edən Səlahəddin Əyyubini xatırlayaraq deyir:

“İndiyə qədər dinsiz və islama laqeyd olmaqda ittiham edildik. Lakin bu ittihamlara rəğmən, peyğəmbərin son arzusunu, yəni müqəddəs torpaqların daim islamiyyətin hakimiyyətində qalmasını təmin etmək üçün qanımızı tökməyə hazırıq. Atalarımızın Səlahəddin Əyyubinin rəhbərliyi altında uğrunda xristianlarla mübarizə apardığı torpaqların yad qüvvələrin hakimiyyət və idarəsi altında olmasına icazə verməyəcəyimizi bəyan edəcək qədər Allahın lütfü ilə güclüyük. Avropanın bu müqəddəs yerləri əldə etmək üçün atacağı ilk addımda bütün islam dünyasının ayağa qalxacağına şübhə yoxdur”.

Tarix
2017.12.08 / 17:52
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla