Yuxarı

İran səfirliyinin 4 əməkdaşı Azərbaycandan çıxarılıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səhər" televiziyası Azərbaycan hökumətinin ölkədən çıxardığı iranlı diplomatlar haqda xəbər yayıb.

İranın Azərbaycandakı səfirliyinin daha bir əməkdaşı ölkədən deportasiya edib. Bu barədə İranın "Səhər" televiziyası məlumat yayıb. Xəbərdə qeyd olunur ki, Azərbaycan Respublikası hökuməti İran Mədəniyyət Mərkəzinin idarə məsələləri üzrə məsul şəxsini 3 saat həbs edib və onu 48 saatdan sonra Azərbaycan Respublikasını tərk etməyə məcbur edib.

Eyni zamanda xəbərdə ötən il rəsmi Bakının İran səfirliyinin mədəniyyət məsələləri üzrə ekspertinin Azərbaycana daxil olmasının qarşısını aldığı xatırladılır: "2011-ci ilin dekabr ayından indiyə qədər 8 İran işçisi xidməti pasportlara malik olmalarına baxmayaraq Bakıdan çıxarılıb və yaxud ezamiyyətdən geri qayıtdığı zaman Azərbaycan Respublikasına girişinə icazə verilməyib. Tehranın Bakını strateji olaraq dəstəkləməsinə və dostluq siyasətini yürütməsinə baxmayaraq, bu müddətdə Azərbaycan hökuməti İranın Teleradio Təşkilatının nümayəndəliyi, İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəliyi və Bakıdakı Mədəniyyət Mərkəzinin işçilərindən bir qrupunun Azərbaycana daxil olmasına maneə yaradıb və onları Bakı hava limanı və yaxud quru sərhəd vasitəsi ilə İrana geri qaytarıb".

Yazıda ötən ay İran səfirliyinin daha bir işçisinin xidməti pasporta malik olmasına baxmayaraq Azərbaycan Respublikasına girişinin qarşısının alındığı qeyd olunur. Ümumilikdə isə İranın səfirliyindəki 4 işçisi Azərbaycan Respublikasından məcburi olaraq çıxarılıb. Eyni zamanda "Səhər" televiziyasının xəbərində Azərbaycan hökumətinin ölkədə 20 ildən çox humanitar fəaliyyət göstərən İranın İmam Xomeyni adına İmdad Komitəsinin nümayəndəliyinə təzyiq göstərməklə ötən yay bu komitənin tibbi klinikasının fəaliyyətini dayandırdığı xatırladılır.

Tarix
2013.11.24 / 22:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla