Yuxarı

ABŞ-a nüvə zərbəsi, Kim Çen intihar edir… – Müharibə ssenarisi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ceyms Martin Silahların Yayılması ilə Mübarizə Mərkəzinin Şərqi Asiya proqramı üzrə direktoru Cefri Levis Koreya yarımadasında mümkün müharibənin ssenarisini yazıb.

Axar.az xəbər verir ki, müəllifin yazısı “Vaşinqton Post”da dərc olunub.

“2019-un mart ayında sərhədləri yaxınlığındakı manevrlərdən bezən Şimali Koreya səhvən bombardmançı təyyarə zənn etdiyi ABŞ mülki təyyarəsini vuracaq. Buna qarşılıq olaraq Cənubi Koreya prezidenti Pxenyanın sərhəd məntəqələrinə hücum əmri verəcək”, - müəllif bildirib.

Yaponiya və Cənubi Koreyaya böyük zərbə:

“Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp verdiyi açıqlamada “kiçik raket adam çox tab gətirməyəcək” deyir. Pxenyan bu çıxışı birbaşa təhdid və qabaqlayıcı nüvə hücumu barədə siqnal olaraq dəyərləndirir. Şimali Koreyanın əlində olan 48 raketdən 36-sı buraxılır. Bir qismi hədəflərə çatmasa da, digərləri Cənubi Koreya və Yaponiyadakı mövqelərə ağır zərbə endirir”.

Vaşinqton hücuma məruz qalır:

“Digər tərəfdən, ABŞ Şimali Koreyaya qarşı kəskin hücuma başlayır. Kim Çen əlində qalan son raketləri də buraxmaq əmri verir. San Dieqo və Perl Harbor hərbi bazaları ilə yanaşı, Nyu Yorkla Vaşinqton da hücuma məruz qalır”.

Manhettendə 1 milyondan artıq insan ölür:

“Raketlərin üçdə ikisi ABŞ-ın hava hücumundan müdafiə qalxanını yarmağa müvəffəq olur. Manhettenə endirilən dəqiq zərbə nəticəsində 1 milyondan artıq insan həlak olur. Vaşinqtonda qurbanların sayı isə 300 minə çatır. Tramp canını Floridadakı sığınacağa gizlənərək xilas edə bilir. Kim Çenin cəsədi də sığınacaqda tapılır. Şimali Koreya liderinin intihar etdiyi məlum olur”.

Tarix
2017.12.12 / 11:25
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov

Nikol "bu həftə müharibə olacaq" dedi - Rusiyadan reaksiya

Paşinyan Stoltenberqlə görüşdü

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla