Ana səhifə Planet |
Rusiya Suriyanın Tartus şəhərində geniş hərbi-dəniz bazası yaradacaq.
Axar.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə açıqlamasında Rusiya Baş Qərargahının keçmiş rəisi admiral Viktor Kravçenko söyləyib.
“Bu bizim Aralıq dənizindəki donanmamızın operativ imkanlarını gücləndirəcək. Ümumilikdə Rusiyanın Yaxın Şərqdəki mövqeyinə təsir edəcək. Bundan öncə Tartusda yalnız maddi-texniki təminat məntəqəsi olub. Bu, balaca ərazi idi. İndi biz öz ərazimizi genişləndirərək, hərbi-dəniz bazası yaradırıq”, – deyə o bildirib.
Qeyd edək ki, bu gün Rusiya Dumasına Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartusdakı maddi texniki təminat məntəqəsinin genişləndirilməsinin təsdiq edilməsi üçün Rusiya-Suriya razılaşması təqdim edilib.
Rusiyanın hazırda Suriyada Hmeymim aviabazası fəaliyyət göstərir.
Tarix
2017.12.13 / 14:46
|
Müəllif
İlkin Həsənov
|