"Gündəlik"də səhv düşənlər: abırsız oluruq biz...
15:31
Ana səhifə Gündəm |
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100266S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan Axar.az-a bildirilib ki, hərrac zamanı 11 investor tərəfindən qiymət intervalı 98.8472 AZN (14.99 faiz) və 99.2278 AZN (10.01 faiz) olan 14 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 147 357 600,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.8472 AZN (14.99 faiz), orta ölçülmüş qiyməti 99.0443 AZN (12.41 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 147 357 600,00 AZN təşkil edib. Notların ödəmə tarixi 2018-ci il yanvarın 10-dur.
Tarix
2017.12.13 / 18:53
|
Müəllif
Axar.az
|