Yuxarı

Zümrüd Yağmur Maydandan yazır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynaya gəlişim burada xalq etirazlarının başladığı günlərə təsadüf etdi. İlk günlər Kiyevin mərkəzində yerləşən Maydana çıxmış 100-150 nəfər etirazçının gün boyu davam edən aksiyası tədricən yüzlərin toplandığı mitinqə çevrilməyə başladı.

Sanki sehrli bir əl hər ötən gün daha çox insanı meydana doldururdu. Hətta davamlı leysan yağışın olmasına baxmayaraq, meydan boşalmadı.

İlk baxışdan adama elə gələ bilərdi ki, bir neçə yüz nəfərlik etirazçı bir azdan danışıb-yorulub dağılışacaq. Ancaq belə olmadı. Dünəndən başlayaraq mitinqlərdə iştirak edən insanların sayı pik həddə çatdı. Ölkənin regionları da daxil olmaqla, hər yerdən onminlərlə ukraynalı Kiyevin baş meydanı sayılan Maydanı və onunla qonşu olan Avropa meydanını insan seli ilə doldurdu. Maydandan Avropa meydanına başlayan yürüşdə iştirakçıların sayı o qədər çox oldu ki, iki meydan insan seli ilə birləşdi.

Diqqəti çəkən məqamlardan bir də mtinqə çıxan çoxsaylı siyasi və ictima təşkilatların öz bayraqlarını götürməməsi idi. Meydanda Ukraynanın və AB-nin bayaraqları dalğalanırdı. Ən mühüm məqamlardan biri də böyük izdihamın yüksək səviyyədə idarə olunması idi. Çoxsaylı səyyar xidmət maşınlarından soyuq havada mitinqçilərə çay, kofe verilirdi. Axşamsa meydanı tərk etməmək üçün çadırlar qurulurdu.

Açıq şəkidə hiss olunurdu ki, mitiqin texniki təşkilati işləri üçün böyük maliyyə resursaları sərf olunur. Ən qəribəsi də bidir ki, burda ən kiçik qeyri-adi hərəkət həmin dəqiqə nəzarətə götürülür, insanların təhlükəsizliyini elə mitiqçilərin özləri təmin edir. Çünki polis meydanlarda gözə dəymir. Ancaq uzaq məsafədə polisləri görmək mümkündür.

Bu gün bazar günü olduğundan ölkənin hər yerindən insanlar Kiyevə axışmışdı və burda insanların sayı yüz mindən artıq olardı.

Ən vacib amil və diqqətimi cəlb edən hal o oldu ki, mitinqə gələnlər sadəcə orda durmaqla qalmır, diqqətlə deyilənlərə, çıxışlara qulaq asır və çıxışlara yüksək emosional dəstək nümayiş etdirirdilər. Mitinqdə topa-topa durub öz aralarında söhbət edən, danışan bir adama belə rast gəlmədim. Mitinqdə insanlarla söhbət etdikdə bəlli olur ki, hər kəs ölkəsində nə baş veridyindən xəbərdardır və iqtidarın onun iradəsini nəzərə almadan qərar verməsi ilə razılaşmaq istəmir.

Adamlar çox əminliklə söyləyirdilər ki, hakimiyyət öz istədiyi qərarı verə bilməz, onların istəyi, arzusu əsas götürülməlidir və hökumətin də işi onların rəyini nəzərə almaq olmalıdr. Onlar artıq Rusiyanın diktəsi ilə yaşamaq, hər hansı ölkənin maraqlarının öz istəklərinin fövqünə qaldırılması ilə barışmaq istəmirlər.

Axsam saatlarına yaxın isə insanlar Nazirlə Kabinetinin binasına doğru yürüş etdilər. Bu zaman meydandan uzaqda yerləşmiş polis dəstələri Nazirlər Kabinetinin girişində kardon qurdular. İnsanların binaya girmək üçün göstərdikləri səylərə qarşı polis onların qarşısını kəsməklə reaksiya verdi. O gərgin anlarda polis mitinqçilərə müdaxilə etmədi, yalnız binanı mühafizə etməklə kifayətləndi.

Bir neçə dəfə, polislərin üzərinə kütlənin təzyiqi artanda havaya tüstü bombası atıldı. Bundan qəzəblənən kütlənin "rədd ol, polis özünü biyabır etmə" şüarlarından sonra polis binanın giriş qapılarına doğru geri çəkildi və nəticədə mitinqçilər binanın giriş qapıları qarşısındakı daxili meydançanı da nəzarətə götürdülər.

Qəzəblənmiş insanlar davamlı olaraq Baş naziri və hökuməti istefaya çağırırdılar. Axşam düşürdü, insanlar dağılmırdı, daha sonra alınan qərara uyğun olaraq insanlar Maydan və Avropa meydanında, eyni zamanda, Nazirlər Kabinetinin qarşısında qalmaq üçün 3 hissəyə bölündülər.

Belə görünür ki, Ukrayna xalqı öz qərarında qətidir: onlar Rusiyanı deyil, Avropanı seçir və deyəsən, kimsə buna əngəl ola bilməyəcək!

(Maydandan eksklüziv fotolar BURADA)

Tarix
2013.11.25 / 00:32
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla