Yuxarı

Putin: Rusiyada Maydan olacaq - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:15

Rusiya Prezidenti Vladimir Putinin 13-cü illik mətbuat konfransı başlayıb.

Axar.az xəbər verir ki, Putinin builki mətbuat konfransına 1640 jurnalist qatılıb. Konfransına gələnlər arasında məşhur teleaparıcı Kseniya Sobçak da var.

Prezidentliyə namizəd olacağını açıqlayan Sobçak mətbuat konfransını jurnalist kimi izləməyə gəldiyini bildirib.

***

Putin yenidən prezident olmaq istəməsinin səbəblərini açıqlayıb.

“Mən dəfələrlə demişəm ki, Rusiyanı necə görmək istəyirəm. İstəyirəm ki, Rusiyanı müasir, çevik siyasi sistemə malik olsun. Sosial sferaya diqqəti artırmaq, rusiyalıların gəlirlərini çoxaltmaq niyyətindəyəm”.

***

Putin konfrans zalında sual verən jurnalistin arxasında “Putin, bay-bay” (Əlvida, Putin) ifadəsinin əks edildiyi plakatın olduğuna diqqət çəkib. Əlində plakat tutan tatar jurnalist isə bunun “Putin, bay-bay” yox, tatarca “Putin babay” (Putin baba) olduğunu söyləyib.

Bundan sonra jurnalist Putinə tatar dili ilə bağlı sual verib. Putin isə cavabında hər bir xalqın öz dilində təhsil almaq haqqının olduğunu, hökumətin heç nəyi insanlara məcbur etməyəcəyini, bunun Rusiyanın bütövlüyü üçün zərərli olacağını söyləyib.

***

Putin mətbuat konfransında hərbi xərclərlə bağlı lətifə danışıb. O deyib:

Keçmiş zabit oğlunun yanına gəlib soruşur:

- Burada xəncər var idi, o haradadır?

Oğlu cavab verir:

- Onu qonşu həyətdəki oğlanın saatı ilə dəyişmişəm.

- Yaxşıdır, amma sabah quldurlar gəlib, məni, ananı, qardaşlarını öldürüb, bacını zorlayanda sən onlara deyəcəksən ki, axşamınız xeyir, Moskva vaxtı ilə saat 12:30-dur?

Daha sonra Putin Rusiyanın öz təhlükəsizliyini silahlanma yarışına girmədən də təmin edəcəyini deyib.

“Yaxın və orta mənzilli raketlərin ləğvi barədə razılaşmadan çıxmağı düşünmürük. Hərbi xərclərimizi elə müəyyənləşdirmişik ki, həm öz təhlükəsizliyimizi təmin edək, həm iqtisadiyyatımızı dağıtmayaq. ABŞ-ın hərbi xərcləri 700 milyard, bizimki isə 46 milyard dollardır”.

***

Putin mətbuat konfransında Mixail Saakaşvilidən danışıb.

“Saakaşvilinin elədikləri gürcü və Ukrayna xalqlarının üzünə tüpürməkdir. O, Gürcüstanın prezidenti olub, indi bütün dünyaya ukraynalı olduğunu deyir. Məgər Ukraynada əsl ukraynalı yoxdur? Buna baxmaq çox ağrılıdır”, - Putin bildirib.

Putin daha sonra qeyd edib ki, ruslar və ukraynalılar eyni xalqdır: “Siz bununla razılaşmaya bilərsiniz. Bir zamanlar ukraynalı rusdan heç nə ilə fərqlənməyib. Ukraynaya bütün əraziləri bolşeviklər verib. Sonda Krım da onlara verilib. Sovet hökuməti hədər yerə Krımı Ukraynaya verib, amma krımlılar öz seçimini edib və burada müzakirə ediləsi heç nə yoxdur”.

***

Rusiya prezidentinin sözlərinə görə, miqrant böhranından ən çox Türkiyə əziyyət çəkir:

“Terrorizmin ən böyük mənbəyi aşağı gəlir və aşağı təhsildir. Biz qaçqınlar məsələsini ümumi səylər çərçivəsində həll etməyə hazırıq. Nə Suriya, nə də Rusiya bununla təkbaşına bacarmaq gücündə deyil. Terrorizmlə əsas mübarizə yolu rifah və təhsildir. Digər məsələ isə regionda tarixi ədalətsizlikdir. Mən özüm Şimali Qafqazdan olan polisləri Suriyaya göndərdim. Çünki onlar sünnidir və Suriyadakı yerli əhali də sünni idi. Nəticədə hər şey yaxşı oldu. Hökumət də, yerli əhali də onlara güvəndi. Bir zamanlar Əl Qaidəni SSRİ-yə qarşı yaratdılar, amma o 11 sentyabrı törətdi. Bizim hərbçilər indi onların Suriyadan İraqa getdiyini müşahidə edirlər. Biz onların İraqa getdiyini xəbər veririk, amma amerikalılar sadəcə durub baxırlar”.

***

Prezidentliyə namizəd Kseniya Sobçak Putinə niyə hökumətin ədalətli rəqabətdən qorxduğu sualını verib.

“Müxalifət gərək aydın, pozitiv fəaliyyətli proqramla çıxış etsin. Siz isə gəlib hamıya qarşı olduğunu deyirsiniz. Siz nə təklif edirsiniz? Müxalifətin proqramı yoxdursa və o hakimiyyətə gələrsə, o zaman Rusiya Maydan olacaq və küçələrdə “Saakaşvililər” qaçacaq. Siz istəyirsiniz ki, bizim meydanlarda Saakaşvili tipli insanlar qaçsınlar? Siz istəyirsiniz ki, bizdə Saakaşvili kimi qeyri-stabillik yaradanlar olsunlar? Siz bizdə Maydanmı istəyirsiniz? Rusların böyük əksəriyyəti buna qarşıdır. Ədalətli rəqabət olmalıdır. Hökumət heç kimdən qorxmur və qorxmayacaq”, – deyə Putin Sobçakın sualını cavablandırıb.

Qeyd edək ki, Putinin mətbuat konfransları 2001-ci ildən bu yana müxtəlif fasilələrlə keçirilir.

Tarix
2017.12.14 / 16:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla