Yuxarı

“Zərrab 2”: ABŞ daha bir türk iş adamını həbs etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə vətəndaşı Rəşid Tavan Rumıniyada həbs edilərək ABŞ-a ekstradisiya edilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Vətən” qəzeti yayıb. Tavanla bağlı ABŞ-da məhkəmə prosesinin başladığı və onun 1995-ci ildən İrana qarşı tətbiq edilən embarqonu yarmaqda günahlandırıldığı bildirilir.

Vaşinqtonun iddiasına görə, məhz Tavanın sayəsində İran raket atmaq qabiliyyətinə sahib olan hücum kateri hazırlamağı bacarıb. Belə ki, Tavan bunun üçün Türkiyədəki ABŞ şirkətlərindən birində mühərrik və digər vasitələri alaraq İrana satıb. Türkiyəli iş adamının bu mühərriki 2013-cü ildə ABŞ-ın “Seven Marine 557” şirkətindən 100 min dollara aldığı vurğulanıb. Tavan daha sonra 2015-ci ildə “Köhler”ə aid qayıq generatorlarını İrana satıb. Yarım milyon dollarlıq satışlardan sonra ABŞ iş adamının fəaliyyətini müəyyən edərək, onu beynəlxalq axtarışa verib.

Maraqlı məqam odur ki, Tavan problemlərini ortadan qaldırmaq üçün avqust ayında Rumıniyaya səfər edib. Səfər zamanı əsas məqsəd ABŞ-dan olan rəsmilərlə görüşmək olub. Lakin Buxarestə ayaq basan kimi o, polis tərəfindən həbs edilib və bir müddət sonra ABŞ-a ekstradisiya olunub.

Bazar ertəsi günü ilk məhkəməsinə çıxan Tavan ona qarşı səsləndirilən ittihamları qəbul etməyib.

Ona qarşı hazırlanan ittihamnamədə satdığı vasitələrin İranın RMS-16 hücum katerinin hazırlanmasında istifadə etdiyi vurğulanıb. İranın bu katerdən “Nəsr” raketlərinin yerləşdirilməsi üçün istifadə etdiyi bildirilib.

Qeyd edək ki, Tavanı ABŞ-da 55 il həbs cəzası gözləyir.

Tarix
2017.12.14 / 13:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla