Yuxarı

Türkiyədən Ermənistana şərt: Qarabağı azad etsən...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2009-cu ildə İrəvan-Ankara arasında imzalanan Sürix protokollarının ratifikasiyası ilə bağlı gecikmədə Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyanın Türkiyə tərəfini ittiham etməsi əsassızdır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bəyanatda bildirilib ki, Ermənistan tərəfi bununla beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edir.

Eyni zamanda, Türkiyə XİN-nin açıqlamasında Ermənistanın Konstitusiya Məhkəməsinin 2010-ci ildə bu protokolların ruhuna zidd qərar verdiyi və ardınca isə Prezident Serj Sərkisyanın ratifikasiyasını təxirə saldığı vurğulanıb:

“Protokollar hələ də TBMM Xarici İşlər Komissiyasının gündəmindədir və ratifikasiya olunmaq üçün Cənubi Qafqazda uyğun siyasi atmosferin və sülh ortamının yaranması zəruridir. Ermənistanın bu yöndə mənfi mövqeyinə baxmayaraq, protokollorın əslini Türkiyə hökuməti mühafizə edir. Ankaranın əsas hədəfi Türkiyə-Ermənistan əlaqələrini normallaşma prosesi və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllidir. İstənilən halda, Ermənistan tez bir zamanda Azərbaycan torpaqlarının işğalını dayandırmalıdır”.

Qeyd edək ki, Nalbəndyan Sürix protokollarını gələn ilə qədər ləğv edəcəklərini və bunun səbəbinin Ankara olduğunu açıqlayıb.

Tarix
2017.12.14 / 18:56
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla