Yuxarı

Putinin böyük konfransdakı - 4 səhvi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin dekabrın 14-də keçirdiyi illik mətbuat konfransında 4 ciddi səhvə yol verib.

Axar.az xəbər verir ki, “Snob” Putinin səsləndirdiyi məlumatları yoxlayaraq bu səhvləri aşkarlayıb.

Rodçenkov əslində mühakimə edilməyib

“Sülh və siyasət” jurnalının müəllifi Oleq Lurye Vladimir Putindən Ümumdünya Dopinqlə Mübarizə Agentliyinin informatoru Qriqori Rodçenkov barədə soruşub. Putin isə cavabında Rodçenkovun Rusiya Dopinqlə Mübarizə Laboratoriyasına sədr təyin edilməsinin yanlış qərar olduğunu deyib: “Əgər o mühakimə olunurdusa və fırıldaqlıq etdiyi bilinirsə, onun layiqli insan olduğunu kim deyir?”

Çox güman ki, Vladimir Putin Rodçenkovun bacısı Mariyanın 2011-ci ildə anabolik steroidlərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edildiyi prosesi nəzərdə tutub. Həmin vaxt informatorun evində də axtarışlar aparılıb və sübut tapılmadığı üçün iş açılmayıb.

Nəticədə Rodçenkov əleyhinə iddia yalnız 2016-cı ilin yayında, ABŞ-a getməsindən beş ay sonra qaldırıldı. Bu ilin noyabr ayında isə İstintaq Komitəsi tərəfindən ona qarşı ikinci bir iş açıldı.

Əslində ABŞ müdafiə üçün daha az xərcləyir

Putin gələn il Rusiyanın müdafiə xərclərinə 46 milyard dollar sərf edəcəyini bildirdi. Əslində isə bu rəqəm demək olar ki, 47 (46.84) milyarddır.

“Birləşmiş Ştatlarda artıq 700 milyard dollarlıq hərbi xərclər barədə qanun imzalanıb. Bizdə 46-dır, onlarda isə 700 milyard. Fərqi hiss edin”, - prezident əlavə edib.

ABŞ-ın hərbi büdcəsi 639 milyard dollara bərabərdir (Trampın son təsdiqlədiyi büdcə 2018-ci il üçün 692 milyarddır - O.T.). Putin 61 milyard - Rusiyanın illik hərbi xərclərindən daha çox səhv edib.

Şimali Koreya ilə danışıqlar Putinin dediyi kimi yekunlaşmayıb

AP jurnalistinin Şimali Koreyanın nüvə sınaqları barədə sualına cavab verərkən Putin ABŞ, Rusiya və Pxenyanın da iştirak etdiyi altıtərəfli danışıqları xatırladıb. Prezidentin sözlərinə görə, 2005-ci ildə müzakirəçilər Pxenyanı nüvə proqramını dayandırmağa razı salıblar, lakin bir neçə ay sonra Vaşinqton Şimali Koreyadan əlavə şərtlər yerinə yetirməsini tələb edib.

“Şimali Koreya bütün bunları rədd edərək danışıqları tərk etdi. Yenidən nüvə proqramını inkişaf etdirməyə başladı. Bunu nə üçün etdiniz? Az görünür? Əgər az olduğunu düşünürdünüzsə, niyə imzalayırdınız? Şimali Koreyanı danışıqlardan çıxması üçün təhrik etdiniz”, - Putin bildirib.

Əslində isə altıtərəfli danışıqlar 2007-ci ilə qədər davam etdi və Şimali Koreyanın nüvə proqramını dayandırmağa razılaşması ilə yekunlaşdı. Razılaşma iki il müddətində - Şimali Koreya nüvə proqramını bərpa edənə qədər qüvvədə qaldı.

Büdcə kəsri əslində daha böyükdür

Rusiyada iqtisadi artımla bağlı sualı cavablandıran Vladimir Putin 2017-ci ildə ölkədə büdcə kəsirinin 2.2 faiz təşkil etdiyini açıqlayıb. Həmin ərəfədə Maliyyə Nazirliyindən isə yanvar-noyabr aylarının yekunlarına əsasən büdcə kəsirinin 3.3 faizə (2017-ci il üçün planlaşdırılan xərclər – 16.24 trilyon rubl) çatdığı bildirilib.

Əgər Putin büdcə kəsirini ÜDM faizləri kimi nəzərdə tutursa, onda təvazökarlıq edib. Bu sahədə kəsir 0.7 faiz (ilin ilk 11 ayında ÜDM-in həcmi təxminən 81.5 trilyon rubla bərabər olub) təşkil edib.

Çox güman ki, Putin məlumatları 2018-ci il üçün proqnozlarla səhv salıb. Məhz büdcə layihəsinə görə 2018-ci il üçün büdcə kəsiri ümumdaxili məhsulun 2,2 faizinə qədər azaldılacaq.

Tarix
2017.12.15 / 14:24
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla