Yuxarı

Türk ölkəsində böhran: un, yumurta, çörək tapılmır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanda əsas qida məhsullarının defisiti müşahidə edilir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq radiosu”nun Türkmənistan bölməsi yayıb. Noyabr ayı ərzində Mari və Axal vilayətlərində unun iki dəfəyə qədər bahalaşdığı qeyd edilib. Nəticədə bölgə əhalisi defisitdən qorxaraq, aktiv şəkildə un almağa başlayıb. Dekabrın əvvəlindən etibarən isə bütün ölkə ərazisində un çatışmazlığı yaranıb. Artıq rayonlarda yaşayan əhali un üçün paytaxtdakı qohumlarına müraciət etməyə başlayıblar.

Son iki həftə ərzində ölkədə ucuz çörəyin dəyəri 1 manatdan 1,5 manata qədər artıb. Keyfiyyətli undan hazırlanan unun dəyəri isə 2 manatdan 3,5 manata qədər bahalaşıb.

Türkmənistanda mövcud olan dövlət mağazalarında yalnız 1 kiloqrama qədər toyuq budu alınmasına izn verilib. Bunun isə dəyəri 8 manat təşkil edib. Məhdudiyyətsiz şəkildə toyuq budunun yalnız özəl ticarət mərkəzlərində satıldığı vurğulanıb. Onların da dəyəri 10 manatdan başlayır.

Aşqabadda həmçinin yumurta kəsiri də yaranıb. Onun dəyəri 50% artıb. Dövlət mağazalarında yumurta yalnız yetkinlik yaşını keçmiş şəxslərə 30 ədəddən çox olmamaq şərti ilə satılır. Ticarətə polislər nəzarət edir. Onlar dükanlardakı növbələrin fotolarının çəkilməsinə izn vermirlər.

Türkmənistanda tərəvəz, meyvə, şirniyyat malları və uşaq geyimlərinin dəyəri də iki dəfə artıb.

Tarix
2017.12.15 / 15:37
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla