Ana səhifə Planet |
Noyabrın 25-i səhər saatlarında Cenevrədə İran və "Altılıq" arasında razılıq əldə edilib.
"Axar.az" "Nyu York Tayms"a istinadən xəbərinə görə, müqaviləyə əsasən İran uranın zənginləşməsi üçün yeni sentrifuqalar yerləşdirilməsindən, reaktorun tikililməsindən imtina edir və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişinə razılıq verir, yarım il ərzində uranı 5 %-dan çox zənginləşdirmir.
Qərb isə buna iqtisadi sanksiyanı 7 milyard dollara qədər yumşaltmaqla cavab verir. müqaviləyə əsasən, İran ABŞ və AB-yə məhdudiyyətlə karbohidrogenlər sata biləcək. Neft-kimya və avtomobil sənayesi sahəsində sanksiyalar da yumşaldalacaq, İranın sərnişin təyyarələrinin ehtiyat hissələri təchizatına imkan verilcək.
Bu razılaşma artıq tarixi sənəd adlandırılıb.
İranın XİN başçısı M.C.Zərif qeyd edib ki, bu müvəqqəti müqavilə "lazımsız böhrana son qoymaq imkanı" verir.
AB ali nümayəndəsi Ketrin Eşton açıqlamasında bildirib ki,
danışıqlar "qarşılıqlı hörmət və əməkdaşlıq" yönündə inkişaf
edir.
İsrail isə İranla dünya nəhənglərinin nüvə proqramı üzrə razılığını
qınayıb.
İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib ki, bu "tarixi razılaşma" yox, əksinə, "tarixi səhv"dir.
Tarix
2013.11.25 / 09:16
|
Müəllif
Nərminə Allahverdiyeva
|