Yuxarı

III Dünya savaşı 5 bölgədən başlayacaq: Türkiyə…

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn il III Dünya müharibəsi başlaya bilər.

Axar.az xəbər verir ki, bu sözlər amerikalı professor Robert Farlinin məqaləsində yer alıb. Onun sözlərinə görə, müharibə beş regiondan start götürə bilər:

“Dünyanın bəzi bölgələrində gərginlik azalmağa başlayıb, amma bir sıra yerlərində bu gərginlik daha da artır. Dünyadakı konfliktlərə böyük güclərin müdaxiləsi daha da güclənir”.

Ekspert müharibənin Şimali Koreyadan başlama ehtimalının yüksək olduğunu qeyd edib. Onun fikrincə, bu müharibəyə Pxenyanla bərabər ABŞ, Çin və Yaponiya da qatılacaq.

İkinci təhlükəli bölgə Tayvan sayılır. Burada Çinlə ABŞ-ın üz-üzə gəlmə ehtimal var.

Farliyə görə, müharibə üçün üçüncü ən təhlükəli ərazi Ukrayna sayılır. Rusiyanın ölkədəki şəraitdən istifadə edərək, Ukraynada güclənmək istəməsi onun Qərblə toqquşmasına səbəb olacaq.

III Dünya savaşı üçün ən təhlükəli bölgələrdən biri Türkiyə hesab edilir. Ankaranın AB və ABŞ-la münasibətlərinin pisləşməsi və Rusiya ilə yaxınlaşması bölgədə qüvvələr balansını dəyişdirə bilər. Bu isə Qərbin səssiz durmamasına şərait yaradar. Tərəflər arasında savaş Suriya, İraq, İran, Balkanlar və Qafqazdakı situasiyadan asılı olacaq.

Professorun fikrincə, böyük savaş üçün sonuncu əsas bölgə Fars körfəzidir. Burada savaş Səudiyyə Ərəbistanı və İran arasında başlaya bilər. Ər-Riyadın İsraillə yaxınlaşması Tehranın narahatlığına səbəb olacaq. Üstəlik, Rusiyanın bölgədə yenidən təsirini geri qaytarmaq istəməsi kəskin reaksiyalara şərait yaradacaq.

Tarix
2017.12.16 / 16:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla