Yuxarı

ABŞ: Rusiya və Çin rəqib, İran isə düşməndir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında Rusiya və Çin ABŞ-ın rifahını dağıtmağa çalışan ölkələr kimi təqdim edilir.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb.

“Rusiya və Çin öz iqtisadiyyatlarını daha az azad və ədalətli edib, silahlı qüvvələrini artırmağa, informasiya axınlarını nəzarət altına alıb, öz vətəndaşlarına təzyiq etməyə və təsir zonalarını genişləndirməyə cəhd edirlər. Bundan öncə Amerika administrasiyasının siyasəti fərziyyələrə əsaslanıb. Bu fərziyyələrə əsasən, Rusiya və Çinlə əlaqələr və onların beynəlxalq institutlara cəlb edilməsi onların inanılacaq loyal tərəfdaş edilməsinə səbəb olacaqdı. Böyük ehtimalla bu təxminlər yanlış oldu” – deyə məqalədə qeyd edilib.

Agentlik yeni sənəddə Rusiya və Çinin rəqib, Şimali Koreya, İran və islamçı hərbi qruplaşmaların isə əsas təhdid olaraq göstərildiyini bildirib. Sənəddə həmçinin ABŞ-ın infrastrukturunun kiberhücumlardan müdafiəsinə də xüsusi diqqət ayrılıb.

Yeni strategiyada iqlim dəyişikliyi ABŞ milli təhlükəsizliyinə təhdid kimi təqdim edilməyib.

Qeyd edək ki, Tramp yeni strategiyanı bu gün təqdim edəcək.

Tarix
2017.12.18 / 17:23
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla