Yuxarı

Azərbaycanda gələn ildən “Tatra” istehsal edəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Çexiyadakı səfirliyində "Gəncə avtomobil zavodu” və Çexiyanın "Tatra” şirkəti arasında Azərbaycanda bu şirkətə məxsus yük maşınlarının istehsalı barədə əməkdaşlığa dair Memorandum imzalanıb.

Axar.az səfirliyə istinadən xəbər verir ki, memorandumu "Gəncə avtomobil zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev və "Tatra” şirkətinin idarə heyətinin sədri Petr Rusek imzalayıb. Əldə edilmiş razılaşmaya əsasən, 2018-ci ildən etibarən Azərbaycanda müxtəlif növ "Tatra” yük maşınlarının istehsalına başlanacaq.

Memorandumun imzalanması münasibətilə keçirilən tədbirdə Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev, Azərbaycan-Avropa Ticarət Palatasının rəhbərliyi və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirin açılışında çıxış edən F.Şəfiyev "Tatra” şirkətinin Azərbaycanın sənaye sahəsinə daxil olmasını əlamətdar hadisə kimi qiymətləndirib və eyni zamanda Çexiya şirkətinin "Gəncə avtomobil zavodu”na göstərdiyi etimadı təqdirəlayiq adlandırıb. Səfir həmçinin sözügedən Memorandumun imzalanmasının Azərbaycanın qeyri-neft sektoruna töhvə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Tarix
2017.12.18 / 23:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla