Yuxarı

Saakaşvilinin Poroşenkoya məktubu - Sensasiyalı mətn

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Saakaşvili Ukrayna Prezidenti Pyotr Poroşenkoya yazdığı yeni açıq məktubun mətnini ictimaiyyətə təqdim edib.

Axar.az xəbər verir ki, o, məktubun mətnini öz Feysbuk səhifəsində yerləşdirib.

“Son günlərin hadisələri məni məcbur edir ki, sizə açıq məktub yazım. Bizim münasibətlərimiz dostluqla başladı. Lakin bu gün elə bir vəziyyət yaranıb ki, biz sizinlə barrikadanın fərqli tərəflərindəyik. Təkcə siyasi yox, deyərdim ki, hətta dünyagörüş baxımından da fərqli yerlərdəyik. Anlayıram ki, bu məktubun bizim münasibətlərimizdə nəsə dəyişdirə biləcəyi çox çətindir.

Mən Ukrayna dövlətinə dost olan səfirlərlə məsləhətləşmələrdən sonra sizə məktub yazmağı qərara aldım. Təsdiq etdim ki, siz və sizin nümayəndələrinizlə danışıqlara hazıram. Yalnız Ukraynanın gələcək taleyi və ölkədəki situasiyanın destabilizasiyasına izn verməmək bizim sizinlə razılaşmamızın predmeti ola bilər. Yalnız Ukraynanın taleyi bu gün həqiqətən vacibdir. Nə mənim, nə də sizin taleyin önəm daşıyır. Mənə eyni inqilablarda iştirak edən siyasətçi kimi inanın. Siyasi böhran Ukraynanı çox ciddi dramatik hadisələrin sərhədinə gətirib, mən isə həqiqətən bundan qaçmaq istəyərdim.

Buna görə də keçən məktubda mən sizə konfliktdən çıxış yolu axtarmağınızı təklif etdim. Lakin bunun əvəzində siz mənim şəxsi məktubumu ictimailəşdirdiniz. Mən buna qarşı deyil. Burada gizlədiləsi heç nə yoxdur. Lakin siz bununla göstərdiniz ki, şərəfiniz yoxdur. Siz bu məktuba cavab vermədiniz. Lakin sizin administrasiya Oktyabr sarayında provokasiya təşkil etdi. Etiraf edirəm ki, mən bu provokasiyaya düşdüm. Mən bu hadisəyə görə siyasi məsuliyyət daşıyacağam.

Sizin provokasiyanız çox sadə oldu. Sizin ətrafınızdakılardan kimsə mənim tərəfdarlarıma dezinformasiya ötürərək, Oktyabr sarayında onları həbs edilmiş könüllülərin azad edilməsi üçün qərargahın yaradılmasına imkan verəcək bir neçə otağın gözlədiyi bildirildi. Mən insanları bizim qərargaha getməyə səslədim. Nəyəsə hücum etməməyə, qırmamağa, dalaşmamağa çağırdım. Görəndə ki, Oktyabr sarayında bizi hüquq mühafizə orqanları gözləyir, bütün gücümlə toqquşmanın baş verməməsinə çalışdım. Siz isə ümid edirdiniz ki, bu olacaq.

Milli Qvardiya mitinqin başlanmasından bir saat öncə sarayın qarşısına toplanmışdı. Məktubumu ictimailəşdirərək, məni yalanda ittiham etdiniz. Guya Saakaşvili sülh danışıqlarından danışıb, özü Oktyabr sarayına konsertin olduğu zaman hücum etməyə gedir. Ona görə də bugünkü məktub açıq olacaq. Qoy onu oxuyan hər kəs bizi mühakimə etsin.

Əminəm ki, Ukrayna artıq dalandadır. Siz tarixə yeni Ukraynanın əsasını qoyan kimi şəxs düşməyəcəksən. Siz ukraynalılar üçün daha çox antiqəhrəman olacaqsınız. Siz Ukraynada həyati əhəmiyyət daşıyan reformları keçirmək istəmirsiniz. Siz onlara inanmırsınız. Siz məni Ukraynaya ölkəni yenidən qurmağa kömək etməyə dəvət edəndə sizə inanmaqla böyük yanlışlığa yol verdim. Sizi həqiqətən bir şey – milyardlarınız narahat edir. Buna görə istənilən qurbana, manipulyasiya və yalana getməyə hazırsınız.

Mən sizin üçün əsas təhdid deyiləm. Sizin üçün əsas təhdid özünüz və ətrafınızın fəaliyyətləridir. Sizin başlıca düşməniniz Ukrayna xalqının heç vaxt barışmayacağı sonsuz acgözlüyünüzdür. Əgər siz prezidentlik dövrünün sonuna qədər qalsanız, çoxlu sayda səhv və cinayətə yol verəcəksiniz. Unutmayın ki, artıq sizin Viktor Medvedçuk və Leonid Kuçma ilə birgə siyasətə gəldiyiniz 1998-ci il deyil. O zaman çox az adamı sizin kapitalınızı haradan aldığınız maraqlandırırdı.

III Maydan sizin üçün təhlükəli olacaq. İnsanlar çox radikal olublar. İnsanlar hazırdırlar ki, silah alıb, sizə Viktor Yanukoviç kimi hücum etsinlər. Lakin Yanukoviçin qaçmağa və gizlənməyə yeri var idi. Yəqin ki, məhz bu onun və çox insanların həyatını xilas etdi. Siz ki, heç hara qaça bilməyəcəksiniz. Mən hələ də sizin ağlınıza güvənirəm.

Sizin könüllü istefanız siyasi böhranın qarşısını almaq üçün sonuncu şansdır. Bəzi etibarlı tərəfdarlarınız qeyri-rəsmi söhbətlərdə deyirlər ki, reallıq hissini itirmisiniz. İndi onlar özlərini xilas etmək fürsəti, ehtiyat aerodromlar axtarırlar. Ümid edirəm ki, siyasi müdrikliyiniz olmasa da, insanlığa xas təhlükəsizlik hissi doğru yolu seçməyinizə kömək edəcək”, – deyə məktubda bildirilib.

Tarix
2017.12.20 / 10:47
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla