Yuxarı

Ərdoğan: Türklər Mədinəni qoruyanda siz harda idiniz?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim əcdadım Mədinəni müdafiə edəndə sənin əcdadın harada idi?

Axar.az xəbər verir ki, bunu Muxtarlar Toplantısında çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.

“Üzərində önəmlə durulması gərəkən hadisə düşmən toplarıyla dağıdılmasın deyə Qüdsdən geri çəkilməyimizdir. Qafqaz İslam Ordusu ilə azərbaycanlı qardaşlarımızın yardımına getməyimiz də önəmli hadisədir. Başqa bir dastanımız isə Mədinənin müdafiəsidir. Zalimlərin yanında yer almağı mərifət sayanların Mədinə müdafiəsi və Fəxrəddin Paşanı hədəf almaları boş yerə deyil. Fəxrəddin Paşa Mədinəni müdafiə edərkən sənin yazıq cəddin harada idi? İstanbuldan durub Mədinəyə gedən Fəxrəddin Paşa bunu nə üçün etdi? O müqəddəs torpaqları işğaldan qorumaq üçün Mədinəyə gəldi. Bəs sənin əcdadın harada idi?” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər naziri Abdullah bin Zeyd Tvitterdə Fəxrəddin Paşanı tənqid edən tvit paylaşmışdı. O, paylaşımında Osmanlının Mədinənin müdafiəsi əvəzinə onu yağmalamaqda ittiham etmişdi. Zeyd həmçinin Ərdoğanın babalarının müsəlman ərəblərlə əlaqəsinin onları soymaq üzərində qurulduğunu bildirmişdi.

Tarix
2017.12.20 / 13:57
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla