Yuxarı

Kadırov Qroznı polisini kiçik leytenant Kadırova tapşırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrda Çeçenistan DİN-nin Qroznı üzrə idarə rəisinin səlahiyyətlərinin icraçısı təyin olunmuş Xas-Maqomed Kadırovun rütbəsi kiçik leytenantdır.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Kadırova bir neçə polkovnik, polkovnik-leytenant, mayor, kapitan və digər yüksək rütbəli polis zabitləri tabedir. Çeçenistan DİN-nin Qroznı İdarəsinin əvvəlki rəisi Abuşeyx Vismuradovun rütbəsi isə polkovnik idi.

Rusiyanın “Fontanka” nəşri yazır ki, yeni vəzifədə başladığı ilk gündə, dekabrın 20-də Kadırov geniş toplantı keçirib. Qəzet Qroznının yeni polis rəisinin yaşını öyrənməyə çalışsa da, növbətçi hissədən bu barədə məlumatsız olduqlarını bildiriblər.

Yeni rəis idarə kollektivinə dekabrın 18-də təqdim olunub. Bu barədə İnstaqramda Çeçenistan rəhbəri Ramzan Kadırov özü xəbər verib.

O, Xas-Maqomed Kadırovu enerjili və zəhmətsevər rəhbər adlandırıb. “Əvvəllər tutduğu vəzifələrdə özünü yalnız əla tərəfdən göstərib”, - deyə Kadırov qeyd edib.

Tarix
2017.12.21 / 02:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla