Yuxarı

Bacıların öldürüldüyü gün tarixə çevrildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

25 noyabr Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günüdür. Bu tarix Dominikanda inqilabi hərəkatın aktivistləri olan Mirabal bacılarının adı ilə bağlıdır.

Ölkədə diktator Rafael Truxilonun rejiminə qarşı mübarizə aparan Mirabal bacıları 1960-ci ildə inqilabi hərəkatda iştiraklarına görə edam olunmuşdular. Mirabal bacıları Dominikan Pespublikasının milli qəhrəmanları elan olunublar və əyalətlərdən biri onların şərəfinə adlandırılıb.

Diktator Truxilonun sevdiyi frazalaradan biri belə idi: "Kim ki mənim dostum deyil, düşmənimdir, o buna görə cavab verməli olacaq". Ona görə heç də təəccüblü deyil ki, Mirabal bacıları və onların həyat yoldaşları bir neçə dəfə həbsxanaya düşməli olublar. Lakin buna baxmayaraq, onlar doğma ölkələrində demokratiya və ədalətin bərqərar olması üçün əlindən gələni əsirgəmirdilər. Onlar "14 iyun İnqilab hərəkatı" yeraltı cəmiyyətinin üzvləri idi. Bu cəmiyyətin başında isə Minevranın həyat yoldaşı Manola Tavares Xusto dururdu. Xalq arasında Mirabal bacıları "Mirabalın kəpənəkləri" ləqəbini almışdılar.

1960-cı ilin noyabrın 25-də dörd bacıdan üçü (Mariya Tereza, Patria, Minevra) və Rufino de la Krus həyat yoldaşları ilə görüşə yollanırlar və növbəti dəfə Truxilo rejimi tərəfindən həbs edilirlər. Görüşdən sonra evə gedən yolda onlara pusqu qurulmuşdu. Diktator Truxilyonun sirli polis əməkdaşları Mirabal bacılarını zopa ilə vəhşicəsinə döyürlər, cəsədlərini isə uçurumdan tullayırlar. Az sonra bacıların cəsədi yerli sakinlər tərəfindən tapılır.

Gənc qızların qəddarcasına öldürülməsi Dominikan Respublikasının əhalisi tərəfindən şok və təlatümlə qarşılandı. Bu hadisədən sonra Truxilyo diktaturasına qarşı çıxanların sayı daha da artdı.

1961-ci ilin mayın 30-da General Korteji pusquda dayanmış dəstələr tərəfindən yaxalanır, diktator güllələnir, rejim isə çökür.

Yarım əsr keçməsinə baxmayaraq, dominikanlılar öz qəhrəmanlarını yaddan çıxartmayıblar. Mirabal bacıların xatirəsinə kitablar, şeirlər yazılıb, musiqilər bəstələnib, sənədli film çəkilib. Tarix və Coğrafiya Milli Muzeyində bacıların əşyalarının ekspozisiyası təqdim olunub.

1997-ci ilin martın 8-də ölkənin paytaxtı Santo-Dominqoda üç bacının təsviri olan xatirə lövhəsi açılıb. İndi isə daş sütunda "Un Canto a la Libertad" (Azadlıq mahnısı) yazılıb.

Tarix
2013.11.25 / 11:32
Müəllif
Ülkər Cəfərova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla