Ana səhifə Planet |
Niderlandda vətəndaşlıq almaq hüququm olduğu üçün mənə bu ölkənin vizasını əldə etmək lazım deyil.
Axar.az xəbər verir ki, bu sözləri Odessa əyalətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
“Ukraynada olduğum bütün bu müddətdə mənə Niderland vizası lazım deyil. Əvvəla mən artıq qərbdə olmuşam və istənilən an istənilən Avropa ölkəsinə gedə bilərəm. Aparıcı siyasətçilər tərəfindən bir neçə Avropa ölkəsində vətəndaşlıqla bağlı təkliflər var. Ailəm Niderlanddan olduğu üçün həmin ölkənin vətəndaşı olmaq hüququm da var. Amerika və bir neçə Avropa ölkəsindən iş təklifləri var. Qarşımda belə bir problem yoxdu, istənilən an gedə bilərəm”, - Saakaşvili bildirib.
Qeyd edək ki, Mixail Saakaşvili hüquqlarını məhz Ukraynada müdafiə edəcəyini açıqlayıb.
Tarix
2017.12.22 / 00:24
|
Müəllif
Orxan Tağıyev
|