Yuxarı

Ermənilərin Ukraynada bu siyasəti təxribatdır - Deputat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Ukraynada “xaçkar”larla bağlı siyasəti təxribatdır.

Axar.az xəbər verir ki, bu fikri Azərtac-a açıqlamasında Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Ukraynanın Xerson şəhərində ermənilər tərəfindən qoyulan abidənin nə 1915-ci ildə Türkiyədə baş verən hadisələr, nə də Ermənistan-Azərbaycan müharibəsi ilə heç bir əlaqəsi yoxdur. Ermənilər buna “xaçkar” deyirlər. Əgər həmin “xaçkar”ın Türkiyə və ya Qarabağ hadisələri ilə əlaqədar olmasına dair bir yazı yer alsaydı, o zaman bunun qarşısı ciddi surətdə alınardı.

“Xaçkar”ın altında iki dildə - Ukrayna və erməni dilində “jertv vırmenskovo narodu” ifadəsi yer alıb. Bu, tarixin bütün dövrlərində qırılan, itkin düşən ermənilərlə bağlı qoyulan bir abidədir. “Xaçkar” xaç formasında bir abidədir. Bundan Ermənistanda da qoyublar. Ermənilər tarixən biri-birlərini də çox qırıblar. Tayfalar biri-birlərini məhv edib, biri-birlərini atların ayaqları altına salıb öldürüblər. Erməniləri “xaçkar”larla bağlı sıxanda deyirlər ki, biz bunu dünyanın müxtəlif yerlərində müxtəlif zamanlarda yüz minlərlə erməninin qırılması ilə bağlı qoymuşuq, biz özümüz də özümüzü qırmışıq. Şübhəsiz, bu, bir təxribatdır və bizim tərəfimizdən də belə qiymətləndirilir. Bu məsələ ilə bağlı Türkiyə ilə də əlaqə saxladım. Oradakı dostlarımız da bildirdilər ki, bu məsələ ilə bağlı ermənilərin üstünə gedəndə onlar bunu süni şəkildə şişirdir, iddia edirlər ki, biz xaçpərəst bir xalq olaraq öz xaçımızı qoyduğumuz, milli-dini mənsubluğumuzu diqqətə çatdırdığımız üçün bizə təzyiq edirlər”, - deyə deputat əlavə edib.

R.Quliyev qeyd edib ki. bu proses təxminən 2-3 il bundan əvvəl başlayıb. Ermənilər hər dəfə müxtəlif formalarda müəyyən addımlar atmağa çalışırlar. Təbii ki, bunun da arxasında güclü erməni lobbisi dayanır.

“Bu məsələdə Türkiyə də sərt addımlar atmalıdır. Diplomatik və yeri gələndə iqtisadi kanallarla effektiv iş aparılmalıdır. Ermənistanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı ortaya qoyduğu mövqe əslində bizim əlimizdə Ukraynadakı erməni təxribatlarının qarşısını almaq üçün çox mühüm bir imkandır. Türkiyə də bu imkandan istifadə etməlidir, necə ki, biz bundan istifadə edirik. Biz mütəmadi şəkildə Ukraynadakı diaspor təşkilatlarımız və səfirliyimiz ilə əlaqə saxlayırıq”, - deyə R.Quliyev açıqlamasında qeyd edib.

Tarix
2017.12.25 / 21:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla