Yuxarı

Ərdoğan azərbaycanlıların güllələnməsindən danışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"1944-cü ildə 146 azəri qardaşımız rus zülmündən qaçaraq Türkiyəyə sığındılar. Və Türkiyə həmin azərbaycanlıları tərəfsizlik naminə Stalinin əsgərlərinə təslim etdi. Həmin dönəm Cümhuriyyət Xalq Partiyasının iqtidar dönəmi idi. İndi CHP-yə səs verən vətəndaşlara səslənirəm: keçmişi yaxşı dəyərləndirmək lazımdır".

Türkiyənin hakim partiyası AKP-nin prezidentliyə namizədi Rəcəb Tayyip Ərdoğan Antaliyada yerli əhali ilə görüşü zamanı azərbaycanlıların ruslar tərəfindən güllələməsindən danışıb.

Ərdoğan vurğulayıb ki, həmin dönəmi xatırlayaq: azəri qardaşlarımız Boraltan körpüsündən qarşı tərəfə keçdilər və əsgərlərimizin gözü qarşısında güllələndilər.

"Onlar qarşı tərəfə nə dedilər bilirsinizmi? "Bizi onlara saxlamayın, siz güllələyin" deyə yalvarırıdılar. Hətta bu acı xatirədən bir şərqi də qalmışdı. Önünə qatdı məni, qardaşım satdı məni şərqisi. Ah, CHP, nə deyim, sən azəri qardaşlarını Stalinə satacaqsan və onlara tamaşa edəcəksən. Ondan sonra da, biz bu ölkədə beləydik, eləydik deyib özünü dağın başına qoyacaqsan hə? Keçmişi heç kim unutmur".

Ərdoğan vurğulayıb ki, biz qardaşlarını satanlardan olmayacağıq. O, çıxışında Fələstin məsələsinə toxunaraq bildirib ki, qurda mərhəmət etmək quzuya zülmdür. Ona görə, biz heç vaxt qurda mərhəmət etməyəcəyik.

Azvision.az

Tarix
2014.07.13 / 18:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla